Axtarış...

"Flaqman" Bakıda 300 milyonluq Türk Dünyasını təhqir edir... - Biabırçılıq

"Flaqman" Bakıda 300 milyonluq Türk Dünyasını təhqir edir... - BiabırçılıqSon günlər sosial şəbəkələrdə yayılan "Flaqman" kolbasalarının reklamı insanlar tərəfindən hiddətlə qarşılanıb. Bu reklam rolikində bütün Türk Dünyasının ən qədim eposu olan "Dədə Qorqud" dastanı ələ salınır. Dastanın müsbət qəhramanlarından olan Beyrək obrazının əsirlikdən sonra bacıları ilə ilk görüşünü əks etdirən səhnə kolbasa reklamı ilə ələ salınır.

Gundeminfo.az xəbər verir ki, artıq sosial şəbəkələrdə bu reklam çarxının şikayət edilməsi ilə bağlı kompaniyaya da start verilib.

Müzakirələrdə ictimayyətin tanınmış simaları, tarixçi alimlər də fikir bildirirərək narazılıq ifadə ediblər. Reklam çarxında qeyd edilən "Əsrlərdən gələn Flaqman" ifadəsi də qəzəb doğurub.

Onu da qeyd edək ki, reklamda rol alan aktyor Müşfiq Şahverdiyevin də ünvanına ağır ifadələr yer alıb. Hələlik Azərbaycan dövləti səviyyəsində, 300 milyonluq Türk Dünyasında hər zaman ehtiramla yanaşılan, milli dəyərə qarşı bu şəkildə aşağılayıcı münasibətlə bağlı "Flaqman" istehsalçısından aşıqlama almaq mümkün olmayıb.

Gundeminfo.az-ın araşdırmasına görə, www.flaqman.az rəsmi internet saytı da reklam çarxının yayımlanmasından sonra bağlanıb. Araşdırmalar zamanı diqqətimizi çəkən məqamlardan biri də "Flaqman"ın istehsalçısı olan MMC dəfərlərlə yalançı və bayağı reklamlara görə cəzalandırılıb.

Bir neçə dəfə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Ay-Min" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 26A ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.

Onu da qeyd edək ki, mediada "Ay-Min" MMC ilə daha bir iddia da yer alıb. Gundeminfo.az-ın araşdırmaları zamanı məlum olub ki, bu barədə bir qədər əvvəl axar.az saytı xəbər yayıb. Sayt iddia edib ki, adıçəkilən şirkət vəhabi təqriqətindən olan insanlar üçün hər həftə xüsusi qaydada kolbasa məhsulları istehsal edir.

Məhsullar hər həftənin cümə günü vəhhabilərə çatdırılır və bazara çıxarılmır. Halallıq zəmanəti verilən həmin kolbasaların bahalı və çox dadlı olduğu vurğulanır. Odur ki, vəhhabilər üçün istehsal edilən kolbasaya böyük tələbat olsa da, vətəndaşlara satılmır.

"AY-MİN" MMC-nin "vəhhabi kolbasası" topdansatışda olur və adıçəkilən təriqət üzvləri tərəfindən alınır.

Firmanı təsisçisi iki nəfərdir: Kərəm və Vüqar. Əslən Qubadan olan şəriklər dayı-bacıoğludurlar.

"AY-MİN" brendinin onların qızlarının adından götürüldüyü iddia edilir: Aytac Kərəmin, Minə isə Vüqarın qızıdır.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Gundeminfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz