Axtarış...

Xırdalanda intihar edən gənc nişanlı imiş - TƏFƏRRÜAT - VİDEO

Xırdalanda intihar edən gənc nişanlı imiş - TƏFƏRRÜAT - VİDEO

13:12

Abşeron rayonunun Xırdalan şəhərində baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

Millitv.Az-ın oxu.az-a istinadən məlumatına görə, "Kristal Abşeron" yaşayış kompleksində intihar edən Tural Nağıyev nişanlı olub.

Kompleksin sakinləri bildirib ki, hadisə ötən gün 18:00 radələrində baş verib:

"1992-ci il təvəllüdlü Tural bu binada kirayədə yaşayırdı. Özünü 8-ci mərtəbədən ataraq intihar edib".

Şahidlər qeyd edib ki, mərhum intihar edən zaman qollarında kəsiklər olub.

Tural Nağıyevin Tovuz rayon sakini olduğu bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

----------
11:20

Abşeronda iyulun 26-da baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.

Millitv.Az APA-ya istinadən xəbər verir ki, araşdırmalar nəticəsində "Kristal Abşeron" yaşayış kompleksində özünü 8-ci mərtəbədən ataraq intihar edən şəxsin Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Tural Ramiz oğlu Nağıyev olduğu müəyyən edilib. T.Nağıyev həmin binada kirayədə yaşayırmış. O, əvvəlcə ülgüclə damarlarınıı doğrayıb, sonra binadan özünü aşağı atıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.




Şərh yaz