"Bakı şəhəri ərazisində tramvay xətlərinin sökməklə paytaxta ziyan vurulub".
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov söyləyib. O qeyd edib ki, bu xətləri yenidən tikmək çətindir, amma bu haqda düşünülür:
"Ölkə başçısına bununla bağlı müraciət olunub. Bunun üzərində çalışırıq. Xarici şirkətlərə müraciət etmişik. Hansısa formada düşünmək olar .
Tramvay xətlərinin Biləcəridən Pirşağı tərəfə ortadan bir neçə xətti çəkməklə Əhmədliyə, "Nasosnu"ya və digər istiqamətlərə daha yüngülləşmiş şəkildə istifadəyə verməyə çalışırıq".