Axtarış...

Xocasən bələdiyyəsinə seçkidə qalib artıq məlumdur-İcra başçısı dəstək verir?



Bələdiyyə seçkisi bu il o qədər sönük keçir ki, gəlişi-gedişi heç hiss olunmur.Belə olmasaydı, bələdiyyə seçkisinə sayılı günlərin qaldığı ərəfədə insanlar (seçicilər) bir-birinə, "bu nə seçkidir belə", sualını verməzdilər.


Diğər tərəfdən bələdiyyə seçkilərinin taleyi təşviqat kampaniyası başlamamış həll edilib.

Kim seçəcək, kimi seçəcək əvvəlcədən bəllidirsə, bu seçki oyunu kimə və nəyə lazımdır? Bax, bu suala bütün məmləkət əhli neçə illərdir cavab axtarır.
Bu da ondan irəli gəlir ki, yerli idarəetmə orqanları olan bələdiyyələrin olub-olmaması belə, əhali üçün maraqlı deyil. Çünki bələdiyyələr yerli icra hakimiyyətinin heç bir səlahiyyəti olmayan (şəxsi maraqlar bura daxil deyil, çünki bələdiyyə üzvlərinin, vətəndaşlardan fərqli olaraq bütün maraqları tam təmin olunur ) qullarına çevrildikləri üçün əhalinin etimadını tamamilə itiriblər. Bunun başqa bir səbəbi, bələdiyyə seçkisinin gözdən pərdə asmaq (quş qoymaq xatirinə) məqsədi ilə keçirilməsidir.
Yenə dediyimiz kimi, kim əvvəldən seçiləcək bəllidirsə seçkiyə nə maraq olacaq?
Məsələn, Binəqədi rayon, Xocasən bələdiyyəsi üzvlüyünə namizəd olan Mobil Süleymanov indidən elan edib ki, bəs qalib odur. Bir ay qabaq bələdiyyənin binasına gəlib, orda işləyənləri təhqir edərək deyib ki, “əhali sizə zibil pulu verir, onun pulu ilə maaş alan adamlarsız”.
Daha sonra ayın 16 dekabrda həmin bu Mobil Süleymanovun oğlu bu dəfə bələdiyyəyə təşrif buyurub.
Azerinfo.tv-yə məlumat verən mənbənin sözlərinə görə namizədin oğlu atasının şəxsən Binəqədi icra başçısı Elxan Allahverdiyev tərəfindən dəstəkləndiyini və məhz onun qalib olacağını deyib və sonra hamını təhdid edib:
“ Atam sədr gələcək, əvvəlki adamlardan heç kim qalmayacaq.”
Lap Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin təhdidinə oxşayıb-“Hakimiyyətə gəlsəm hamınıza qan uddurajam”.
Əcaba, bələdiyyə seçkili orqandırsa nəticəsi niyə indidən məlumdur? Kim bu namizədə və oğluna başçının adından danışmağa səlahiyyət verib?
Aldığımız məlumata görə Mobil Süleymanov əvvəllər Suraxanı və Binəqədi icra hakimiyyətlərində çalışıb. Hər ikisindən işdən çıxarılıb.
Mövzuya davam edəcəyik.

Azerinfo.tv
Text-to-Speech

DİNLƏ






Şərh yaz