Gəncədə qadın dəmir köşkün altında qalaraq ölüb.
Məlumata görə, hadisə şəhərin Qəmərli küçəsində qeydə alınıb. Mişar daşlarının üzərinə qoyulan dəmir konstruksiyalı köşk şəhər sakini 1973-cü il təvəllüdlü Qəhrəmanova Aytəkin Həmdəm qızının üzərinə aşıb. Bədən xəsarətləri alan qadına yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
"Faktor.az"