Məmur təkcə yüksək post tutan deyil, həm də işlədiyi qurumu təmsil edən şəxsdir.
Məmur normal davranış sərgiləməli, işlətdiyi ifadələrin vətəndaşlarda aqressiya yaratmamasına diqqət yetirməlidir.
Hətta bununla bağlı müəyyən normalar da mövcuddur.
Dövlət Qulluqçularının Etik Davranış Kodeksi məhz bu normalaır zöündə ehtiva edir. Amma zaman-zaman bəzi məmurlar məhz davranışları, səsləndirdikləri bəyanatlarla qalmaqallara, gündəm mövzusuna çevrilirlər.
Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini ilə bağlı baş verən hadisə və sonradan xanım məmurun səsləndiyi fikirlər də bu qəbildəndir.
Qeyd edək ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva fotoları yayılan əmlakı ilə bağlı məsələyə münasibət bildirkən qalmaqala səbəb olacaq fikirlər sələndirmişdi. “Biz nə sərçə, nə də qaranquş deyilik ki, budaqda yaşayaq. Qadınam, amma gəl kişiyana danışaq. Yaşamaq üçün hərənin bir evi olmalıdır. Bir evin fotosu düzgün çəkilib, o oğlumun evidir. 1995-ci ildə alınmış torpağın içində tikilib. O evin də həyətində oğlum qaloşla, potu ilə gəzir. Mənim iki oğlum var. Hazırda da onların himayəsində yaşayıram. Qonşuların darvazasını çəkmək hansı əxlaqa sığır? Qonşuların, pozğunların darvazasını çəkib, niyə mənim olduğunu, hətta salam vermədiyim adamın darvazasını çəkib, mənim adımı qeyd edirlər. Orada lazer epilyasiya yazılan salonu oğlum Yaşar adlı şəxsdən aylıq 200 manata icarəyə götürüb. Oğlum ali təhsilli ola-ola 14 ildir işləmədiyi üçün icarəyə götürüb. “Oba market” də mənim deyil, gəlinimindir. Kimsə tülkü kimi kiminsə ayağının altından keçibsə, kül o kişinin başına. O fotoları çəkən adam kameraya düşüb. Mən Şirvanda doğulub, yaşayan adamam. Mən balqabaq deyiləm, “karennoy” Şirvanlıyam. Yeni başçımıza da bu məsələ ilə bağlı görüşüb, məlumat verdim. Mən həmişə dövlətə, xalqıma sözün düzünü demişəm. Həm iqtidarın, həm də müxalifətin sözünü demişəm. Düz mənim üçün həmişə düzdür”-deyə, E.Ağayeva fotoları yayılan və haqqında danışılan mülkləri ilə bağlı söz-söhbətə aydınlıq gətirib.
Açıqlamada işlədilən ifadələrin yerli icra orqanının rəhbər şəxsinə aid olduğunu deməsələr, bəlkə də buna inanmaq olmaz. Amma reallıq odur ki, bu ifadələr məhz icra başçısının müavini Elmira Ağayevaya məxsusudur.
Psixologiyada bu yanaşma özünümüdafiə instinkti kimi qəbul olunur. Amma bütün hallarda bir məmurun haqqında olan hər hansı ittihama (yalan belə olsa-müəl.) yanaşması daha sivil olmalı idi. Qonşusunu təhqir edən (Qonşuların, pozğunların darvazasını çəkib, niyə mənim olduğunu, hətta salam vermədiyim adamın darvazasını çəkib, mənim adımı qeyd edirlər -müəl.) məmurun özünə haqq qazandırması, deyilənləri təkzib etməsi nə qədər inandırıcıdır?
Digər tərəfdən, məmuru belə olan olan cəmiyyət necə inkişaf edə bilər? Bir rayonun birinci olmasa da, ikinci, üçüncü şəxsi məmura qoyulan tələblərdən xəbərsizdirsə, özünün rəhbərlik etdiyi cəmiyyəti (burada qonşuları-müəll.) “pozğun” adlandırırsa, hansı sivil münasibətlərdən danışmaq olar?
Məsələnin digər tərəfi isə xanım məmurun sahib olduğu imkanlardır. Sıradan bir məmur, aylıq əmək haqqı 1000 manatı keçməyən şəxs bu imkanlara necə sahib ola bilər? Təbii ki, bu “imkanların” qaynağı az-çox aydındır, amma hər halda, bütün bunlar cəmiyyət üçün qaranlıq qalan məqamlardır.
Prezident İlham Əliyevin dəfələrlə məmurlarla müraciətlə onlarən vəzifələrinin öhdəsindən gəlməsindən tutmuş davranışlarına qədər hər şeylə nümunə olmağa çağırıb: "Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir". Amma görünür, hələ də vəzifə öhdəliklərinin icrasında olduğu kimi davranışları ilə də nümunə ola bilməyən məmurlar az deyil.
Cebhe.info