Axtarış...

İcra başçısının müavini 8 nəfərin öldüyü qəzadan danışmaq istəmədi - "...o sizə ətraflı məlumat verəcək"

İcra başçısının müavini 8 nəfərin öldüyü qəzadan danışmaq istəmədi - "...o sizə ətraflı məlumat verəcək"

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı-Astara yolunda yolunun Masallı rayonu hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1 nəfər yaralanıb, 8 nəfər isə dünyasını dəyişib.

Bununla bağlı Bizimyol.info-ya açıqlama verən Masallı rayon İcra başçısının birinci müavini Nadir Abıyev bildirib ki, bu gün rayon başçısının qəbul günü olduğuna görə hadisə yerinə gedə bilməyib:

“Bəli, bu gün rayon ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. 8 nəfər dünyasını dəyişib. Bu gün başçının qəbul günü olduğuna görə hazırda qəbul prosesi gedir deyə başçı hadisə yerinə gedə bilməyib. Buna baxmayaraq icra hakimiyyətinin əməkdaşları hazırda hadisə yerindədilər. Dünyasını dəyişənlər və yaralanan şəxs rayonun mərkəzi xəstəxanasına yerləşdirilib. Ətraflı məlumat almaq üçün rayonun mərkəzi xəstəxanasının baş həkimi ilə əlaqə saxlayın o sizə ətraflı məlumat verəcək”.

Masallı Rayon Mərkəzi Xəstəxananın baş həkimi Cəlil Nəzərovla əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verməyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz