Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ı qəbul edəcək "Sevilya" bu oyunun hazırlıqlarını davam etdirir.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, ancaq La Liqa təmsilçisi tam heyətlə məşq edə bilmir. Belə ki, Xesus Navas, Serxio Reqilon və Lyuk de Yonq hazırlıq prosesinə qatılmayıblar. Qeyd olunub ki, komandanın kapitanı X.Navas ölkə çempionatının son turunda "Valyadolid"lə görüşdən sonra məşqlərdə iştirak etmir. Onun durumu ilə bağlı açıqlama verilməsə də, nəşr oyunçuda əzələ problemi olduğunu yazıb. Serxio Reqilon və Lyuk de Yonqun hansı səbəbdən məşqi buraxmaları isə məlum deyil.
Xatırladaq ki, "Sevilya" - "Qarabağ" görüşü noyabrın 28-i keçiriləcək.