Axtarış...

2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ?

Münəccimlər gələn ilin ən şanslı bürclərini elan edib.

Redaktor.az xəbər verir ki, gələn ilin ən şanslı zodiak işarəsi Dolça bürcü seçilib. Dolça düşünüldüyü kimi su deyil, havanın elementlərinə aiddir. Bu bürclər əhval dəyişikliyinə və temperamentə çox meyllidir.

Dolça bürclərinin nümayəndələri inkişaf etmiş intuisiya sahibi olan yaradıcı insanlardır. Və bu ilin qışından etibarən Dolçaları ailədə harmoniya, işdə isə uğurlar gözləyir. Onlar hər zaman arzusunda olduğu uğur, sərvət və ən əsası sağlamlığa qovuşacaq. Bu Bürc işarəsinin bütün nümayəndələri çox istedadlı insanlardır.

Hər kəs zəngin varlanmaq istəyir, amma hamı buna nail ola bilmir. Yeni il bəzi bürc nümayəndələrinə maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün əlverişli vaxt ola bilər. Astroloqlar 2020-ci ildə sərvətlərini artıra biləcək bürcləri də açıqlayıb.

Bəşəriyyətin güclü yarısı arasında Oxatan, Şir və Dolça bürcləri gələn il ailə büdcəsini artıra biləcək. Bunun üçün Oxatan bürcləri qarşısına yalnız aydın bir məqsəd qoymalı və heç bir şübhə etmədən ona doğru getməlidir. Xeyirxah əməllər Dolçaların da maddi rifah əldə etməsinə kömək edəcək. Şirlərin varlanmasına isə nizam-intizam təsir göstərəcək.

2020-ci ildə Qız, Xərçəng və Əkizlər bürcləri altında dünyaya gələn qadınların gəlirlərini artıra bilməsi üçün imkanlar açılacaq. Diplomatiya Qız bürclərini yaxşı maliyyə durumunu düzəltməyə kömək edəcək. Xərçəng yeni işi sayəsində var-dövlətlərini, qazanclarını üç qat artıracaq. Əkizlər isə emosional problemlərini həll edə bilsələr, qarşılarına varlanmağın müxtəlif yolları çıxacaq.(publika.az)
Text-to-Speech

DİNLƏ






Şərh yaz