Qoç – gözlənilməz hadisələr və xoş sürprizlərlə dolu gündür. Eksperimentlər, yeni planların reallaşması, qeyri-adi açıqlamaların mümkün olacağı zamandır.
Karyera müstəvisində irəliləmək və ya çoxdan arzuladığınız işi, vəzifəni, sifarişi almaq imkanları var.
Bunun üçün sürətlə hərəkət etmək, qətiyyətlə davranmaq gərəkdir.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ciddi tanışlıq ehtimalı azdır, amma ötəri münasibətlər olacaq.
Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik eləməyin.
Borc almayın.
Buğa – çətin gündür, lakin çətinliklərin öhdəsindən gələcəksiniz.
Əsas məsələ, depressiv əhval-ruhiyyənin təsirində qalmayın. Doğrudur, yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil.
Amma ümumi fəaliyyətlə bağlı razılığa gəlmək olar. Rəhbərlik sizdən çox iş tələb edir, qarşınıza yeni tapşırıqlar qoyur. Əlavə işlər görməli olacaqsınız.
Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Sərfəli anlaşma, yaxşı sifariş və ya gəlirə bel bağlamayın.
Bununla belə, ümidi kəsməyin. Hər şey yaxşı olacaq.
Əkizlər – işdə və evdə yaşanan dəyişikliklər planları dəyişdirəcək.
Buna sevinin, axı istifadə edə biləcəyiniz yeni imkanlar yaranır. İşdə rəhbərlik və həmkarlarla qeyri-formal şəraitdə ünsiyyət üçün yaxşı gündür.
Önəmli danışıqları özünüzü rahat və yaxşı hiss edəcəyiniz yerdə keçirin.
İş üçün gərəkli əşyalar, alətlər və texnika almaq olar.
Günün ikinci yarısında intellektual potensial yüksəkdir. Dürüst qərarları sürətlə qəbul edin, qarışıq situasiyalarda doğru yolu seçin. Ağıllı insanlarla ünsiyyət sizə xoş emosiyalar bəxş edəcək.
Xərçəng – yaşanan hadisələri dərhal adekvat dəyərləndirə bilməyəcəksiniz. İlk əvvəl narahat olacaq, təşvişə düşəcəksiniz.
Lakin az sonra anlayacaqsınız ki, dəyişikliklər yaxşılığa doğrudur. İş yerini dəyişmək, qüvvə və potensialınızı fərqli sahədə yoxlamaq imkanları yaranır.
Yeni ideya və planların reallaşması üçün əlverişli zamandır.
Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də təşəbbüskar ola bilərsiniz.
Günün ikinci yarısında uzunmüddətli səfərə yollana bilərsiniz. Evdə qalsanız, darıxmayın. Sizi dostlarla görüş, ya da romantik macəra gözləyir.
Şir – günün ilk yarısı çətindir. Problemlər var, günün emosional fonu əlverişli deyil. Bu səbəbdən də yaşanan hadisələri bədbin çalarlarda görürsünüz.
İşlə müqayisədə şəxsi münasibətlər barədə çox düşünməyin. Belə olarsa ən sadə proseslərdə səhvlərə yol verəcəksiniz.
Rəhbərliklə fikir ayrılıqları yarana bilər.
Günün ikinci yarısında situasiya stabilləşəcək. Pozitiv təmayüllər güclənəcək, özünüzü daha rahat hiss edəcəksiniz.
Axşam saatları qeyri-adi əyləncələr, maraqlı insanlarla görüş zamanıdır.
Qız – günün ilk yarısında narahatlıq və təlaş ola bilər. Peşə fəaliyyəti sahəsində çətinliklər və maliyyə itkiləri istisna deyil.
İşlər çoxdur, onları yerbəyer etmək asan deyil. Aktual olan işləri ikinci dərəcəli məsələlərdən ayırın.
İşdə rəhbərlik və həmkarlarla anlaşılmaz situasiyaların yaranmasının təhəbbüskarı olmayın. Əks təqdirdə nüfuzu qorumaq asan olmayacaq. Söhbət və danışıqlarda ehtiyatlı olun. Sözlərinizə fikir verin.
Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri artır.
Çətinliklərin əksəriyyəti qət olunacaq, qarşınızda yeni imkanlar yaranacaq.
Axşam saatları ailə üzvləri ilə xoş ünsiyyət, çoxdan bəri normal təmaslarınız olmayan insanlarla dil tapmaq üçün əlverişli zamandır.
Tərəzi – diqqətli, huşyar olun. Ən müxtəlif işlər səlis yanaşma tələb edir. Bir işi yarımçıq qoyub başqasına başlamayın.
Yeni ideyalar çoxdur. Amma onları reallaşdıra bilmədiniz deyə, sinirlənməyin.
Sürətlə hərəkət edin, amma ifrata varmayın.
Əks təqdirdə ətrafınızdakı insanlarda narazılıq yaranaraq münaqişəyə rəvac verə bilər.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Axşam saatları xüsusilə əsəbi keçəcək.
Əks cins mənsubu, xüsusilə də yaşlı qohumla dil tapmaq çox çətindir.
Ən kiçik məsələ əsəbləri tarıma çəkə bilər.
Əqrəb – peşəkar fəaliyyət sahəsində asan uğurlara bel bağlamayın.
Nəyəsə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli olacaqsınız. Kimsə sizə yardım etmək, problemlərinizin bir qismini öz üzərinə götürmək niyyətində deyil.
İş yoldaşları ilə dil tapmaq asan deyil.
Günün ikinci yarısı araşdırmalar, tədqiqatlar, bilik və təcrübənin artırılması üçün əlverişli zamandır.
Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yorulacaq, usanacaqsınız.
Axşam saatları gəzinti və aktiv istirahət üçündür.
Oxatan – günün ilk yarısı maraqlı və hadisələrlə zəngin olacaq.