“Səudiyyəli jurnalist Camal Qaşıqçı itkin düşəndən sonra Türkiyə bu hadisəni araşdırmaqdan daha çoxunu etdi. Öz torpaqlarında həyasızca, bir dövlətin dəstəyi ilə təşkil edilən edama bütün dünyanın diqqətini yönəltdi”.
Publika.az xəbər verir ki, bu sözlər ABŞ-ın "Vaşinqton Post" qəzetində C.Qaşıqçı hadisəsi ilə dərc edilən məqalədə qeyd olunub.
Məqalədə həmçinin C.Qaşıqçı cinayəti ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyindən bəhs edilib: “Heç kim Ərdoğan qədər təzyiq göstərmədi”.
Məqalədə qeyd olunur ki, R.T.Ərdoğan Səudiyyə Ərəbistanını bu cinayətlə bağlı ittiham etməklə bütün dünyanın diqqətini Qaşıqçı cinayətinin araşdırmasına yönəltdi:
“Türkiyə tərəfindən verilən bəzi məlumatlar hadisəni daim canlı tutdu. Bəlkə də, bu, Səudiyyə Ərəbistanının inkar cəhdlərini söndürəcək. Tramp administrasiyasının ən yaxın ərəb müttəfiqi olan Səudiyyə Ərəbustanından uzaqlaşmasına səbəb olacaq”, - deyə qəzetdəki məqalədə vurğulanır.