Axtarış...

İdarə rəisi nəqliyyatçıları hökumətin üstünə qaldırır - ARAZ RƏFİBƏYLİDƏN İŞÇİLƏRİNƏ KÜTLƏVİ İSTEFA TƏLƏBİ



Ölkədə siyasi gərginliyin olduğu bir məqamda Gəncə Avtomobil Nəqliyyatı Sərnişindaşıma İdarəsinin rəisi Araz Rəfibəyli bu qurumda çalışan işçiləri hökumətin üstünə qaldırmaq istəyir.

Hər halda Gununsesi.org-a adıçəkilən idarədə çalışan vətəndaşların verdiyi məlumatda belə deyilir.

Belə ki, saytımızın elektron poçtuna yazan Gəncə Avtomobil Nəqliyyatı Sərnişindaşıma İdarəsinin işçiləri bildirir ki, rəis heç bir səbəb göstərmədən onlara istefa ərizəsi yazmağı tövsiyyə edib.

İdarə işçiləri isə bu təklifin arxasında rəisin başqa niyyət güddüyünü iddia edir. Onların sözlərinə görə, Araz Rəfibəyli tabeçiliyində çalışan şəxslərdən gündəlik qanunsuz pullar tələb edir. Bu isə sürücülərlə nəqliyatçılar arasında dəfələlərlə dava-dalaşa səbəb olub.

Bundan başqa taksi sürücülərinə saxta nişanlar da verilir ki, hər kəsindən bundan xəbəri var.

Araz Rəfibəyli haqqında daha bir iddiada isə onun işçiləri arasında ziddiyət salmasıdır. Belə ki, idarədə çalışan Vüsalə adlı baş mühasib qurumun hüquqşünasını hamının gözü qarşısında təhqir edib. Hətta masanın üzərindəki qrafini belə ona tullayıb. Ancaq Vüsalə rəisin yaxın adamı olduğundan onun bu əməli cəzasız qalıb.

İdarədə bu qanunsuzluqlarla yanaşı həm də ciddi korrupsiya halları da mövcuddur: “2017-2018-ci ildə mart və dekabr ayları üçün yazılan verilən pul mükafatları da başqa kartlara köçürülərək mənimsənilib

Saytımız vasitəsi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və aidiyyatı orqanlara müraciət edən nəqliyyatçılar Araz Rəfibəylinin bu özbaşınalığının dayandırılmasını tələb edir.

Mövzu ilə bağlı Araz Rəfibəylinin mövqeyini öyrənməyə çalışsaq da buna nail ola bilmədik.

Mövzuya qayıdacağıq.

Gununsesi.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz