Rusiyanın Ulyanovsk vilayətində dörd azərbaycanlıdan ibarət cinayətkar dəstə ələ keçib.
Oxu.Az xəbər verir ki, onlar oktyabrın 4-də biznesmeni oğurlamaqda ittiham edilirlər.
Məlumatlara görə, onlar iş adamını ölümlə təhdid edərək, 100 milyon rubl (2,66 milyon manat - red.) tələb edib.
Qeyd edilib ki, saxlanılanlardan birinin üzərindən tapança aşkarlanıb.
Aparılan araşdırmalar zamanı tutulanlardan birinin oğurluqla əlaqədar Rusiyada əvvəllər məhkumluq həyatı yaşadığı aydınlaşıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.