Axtarış...

DTX Bakı aeroportunda əməliyyat keçirdi

DTX Bakı aeroportunda əməliyyat keçirdi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.

Anews.az-ın məlumatına görə, keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz