Axtarış...

Azərbaycan Mərkəzi Bankının keçmiş əməkdaşı Rusiyada tutuldu, Bakıya təhvil verilir - KREDİT İŞİNİ SAXTALAŞDIRIB, 30 MİLYON MƏNİMSƏYİB...

Azərbaycan Mərkəzi Bankının keçmiş əməkdaşı Rusiyada tutuldu, Bakıya təhvil verilir - KREDİT İŞİNİ SAXTALAŞDIRIB, 30 MİLYON MƏNİMSƏYİB...

Azərbaycan Mərkəzi Bankının axtarışda olan keçmiş əməkdaşı Rusiyanın Çelyabinsk şəhərində tutulub.

Virtualaz.org Rusiy KİV-lərinə istinadən xəbər verir ki, 43 yaşlı həmin şəxs cinayət ortaqları ilə əlbir olaraq kredit işlərini saxtalaşdırıb və bu yolla 30 milyon rubl (400 min dollardan çox) mənimsəyib. Lakin saxlanılan şəxsin adı açıqlanmır.

Bununla belə saxlanılan şəxsin barəsində dərhal təcridxanaya yerləşdirilib və onun barəsində ekstradisiya prosedura başladılıb. Regional prokurorluğun həyata keçirdiyi proseduran nəticəsi olaraq Rusiya baş prokurorunun müavini Mərkəzi Bankın keçmiş mütəxəssisinin Azərbaycana ekstradisiya olunması haqda qərar çıxarıb.

Qərar qüvvəyə minib və şəxsi tezliklə Bakıya təhvil verəcəklər. Azərbaycanda onu törətdiyi əmələ görə 12 ilə qədər həbs gözləyir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz