Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq, oğurluq və soyğunçuluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Muxtarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il dekabrın 26-da Naxçıvan küçəsində yaşayan 1951-ci il təvəllüdlü Tatyana Pisorova öz evində hücuma məruz qalıb. Qaz açarı ilə hədələnən qadının evindən 100 manat, 300 ABŞ dolları, 80 avro, mobil telefon və qızıl əşyaları oğurlanıb. Cinayətkar hadisə yerindən qaçıb.
Hadisəni törədən Aydın Muxtarov həbs edilib.