Axtarış...

"Astana" Riçard Almeydanı göndərməyə təəssüflənmədi"



Qazaxıstanın "sportz.kz" saytı yerli çempionatda çıxış etmiş ən uğurlu braziliyalı futbolçularla bağlı yazı hazırlayıb.

Qol.az-ın məlumatına görə, yazıda "Astana"da oynamış "Qarabağ"ın futbolçusu Riçard Almeyda və Ağdam klubunun sabiq oyunçusu Perdo Enrikedən də bəhs olunub:

"Pedro Enrike Qazaxıstanda bir neçə ay keçirdi, avrokuboklarla müqayisədə Premyer Liqada az oynadı. Buna baxmayaraq, onun ötən il "Astana"nın uğurlarına verdiyi töhvə çox əhəmiyyətlidir. Pedro komandaya Avroliqda növbəti dəfə qrupa düşməsində kömək etdi və Tomasovla birlikdə bu turnirdə aparıcı qüvvə oldu. Digər braziliyalı - Azərbaycan millisinin üzvü Riçard Almeydanın isə "Astana"da çıxışı zəif alındı. Onu göndərməyə təəssüflənmədilər".

Qeyd edək ki, Pedro və Almeyda 2018-ci il yayından qışa qədər "Astana"da oynayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz