İngiltərə çempionu "Liverpul"un kapitanı Cordan Henderson Futbol Jurnaslitləri Birliyi tərəfindən Premyer Liqada mövsümün oyunçusu seçilib.
Qol.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 30 yaşlı müdafiəçi səslərin 1/4-indən çoxunu toplayaraq komanda yoldaşları Alisson Beker, Vircil van Deyk, Trent Aleksandr-Arnold, Sadio Maneni, "Mançester Yuneyted"dən Markus Reşfordu və "Mançester Siti"dən Kevin de Brüyneni geridə qoyub.
Qeyd edək ki, C.Henderson 2011-ci ildən "Liverpul"un formasını geyinir.