Axtarış...

Pedro Enrikedən "Qarabağ" və "Astana" müqayisəsi

Pedro Enrikedən "Qarabağ" və "Astana" müqayisəsi

"Mityulland"la oyun göstərdi ki, "Astana" yüksək səviyyəli futbolçulara sahibdi. Onlarla birlikdə oynamaqdan zövq alıram".

Millitv.Az apasport.az-a istinadən məlumat verir ki, bunu "Astana"nın yarımmüdafiəçisi Pedro Enrike deyib.

Ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirən braziliyalı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsində "Mityulland"la debüt görüşündə start heyətində meydana çıxıb və 85 dəqiqə mübarizə aparıb.

"Astana"nın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra yerli mətbuata danışan Pedro baş məşqçi Roman Qriqorçukun onu yaxşı tanıdığını vurğulayıb: "Bu oyunda meydana çıxdığım üçün çox şadam. Deməli, baş məşqçi mənə güvənir. Debüt matçım olmasına baxmayaraq, sərbəst oynadım. Çünki Qriqorçuk məni Azərbaycanda görüb, yaxşı tanıyır. Düzdü, "Qəbələ"də işləyərkən onun prinsiplərinə bələd deyildim. Bu üzdən mənim üçün asan olmadı. "Qarabağ"la müqayisədə yeni oyunçular, yeni taktika. Ancaq futbol hər yerdə eynidi, bacarığını meydanda göstərməlisən".

Qeyd edək ki, "Astana" ilə "Mityulland" arasında cavab görüşü avqustun 1-də Danimarkada keçiriləcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz