"Tottenhem" futbolçusu Harri Keynini satmağı düşünmür.
Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, bu səbəbdən klub prezidenti Daniel Levi ingilis oyunçuya 250 milyon funt sterlinq qiymət qoyub. O, 26 yaşlı hücumçunu almaq istəyən klubları fikrindən daşındırmaq üçün bu addımı atıb.
Qeyd edək ki, Keynlə "Real"ın maraqlandığı iddia olunur.