Axtarış...

BBC Hacıyevanın xərclərini açıqladı – FANTASTİK SİYAHI

BBC Hacıyevanın xərclərini açıqladı – FANTASTİK SİYAHI

Həbsxanadakı bank müdirilə evli olan bir qadın Londonun məşhur "Harrods” mağazasında 16 milyon funt sterlinqlik alış-veriş edib.

Axar.az xəbər verir ki, bu barədə BBC-nin araşdırmasında qeyd edilib. Bildirilir ki, Zamirə Hacıyeva 10 ildən artıq müddət ərzində bir çoxu həyat yoldaşının bankına aid olan 54 kredit kartından istifadə edərək, "Harrods” mağazasından alış-veriş edib.

Hacıyeva əgər Ali Məhkəmədə sərvətinin mənbəyini göstərə bilməsə, "Harrods” yaxınlığında yerləşən 15 milyon funt sterlinq dəyərində evini və Berkshiredakı qolf meydanını itirmək təhlükəsi ilə üzləşəcək.

Zamira Hacıyevanın həyat yoldaşı Azərbaycanda bankdan milyonlarla pul oğurlamaqda ittiham edilərək, 15 ilik həbs cəzasına məhkum olunub.
Ali Məhkəmə ondan İngiltərənin bank hesablarındakı faiz gəlirlərindən başqa hansı gəlir mənbəyinin olduğunu izah etməsini tələb edir.
Hacıyeva mal-dövlətinin mənbəyini izah edə bilməsə, sərvətini itirmək riski ilə üzləşəcək.

Milli Anticinayət Təşkilatının (NCA) Hacıyeva əleyhinə apardığı hüquqi mübarizədə ortaya çıxan sənədlər toplusu onun gündəlik xərclərini və uzun müddətdir ki, sahib olduğu qarışıq ofşor daşınmaz əmlakını üzə çıxarıb. Araşdırmadakı ən mühüm sübutlardan biri "Harrods”dan olan mağaza kartında yer alan 93 səhifəlik qeyri-adi alış-veriş siyahısıdır.

Azərbaycandan ayrıldıqdan sonra İngiltərədə məskunlaşan Hacıyevanın ilkin xərcləri elə də şişirdiləsi deyildi.
Lakin 2006-cı ildən o, yavaş-yavaş xərclərini artırmağa başlayıb. Bu özünü əvvəlcə 842 sterlinqə alınan uşaq kitablarında, sonra isə 140 sterlinqə alınan ətirlərdə göstərib.

"Qardian” nəşrinin əldə etdiyi məlumatlarda bildirilir ki, Zamira Hacıyeva 2006-cı ildən 2016-cı ilədək olan əməliyyatlarda 16,309,077,87 sterlinq pul xərcləyib. Belə ki, 55 yaşlı qadın 24,000 məbləğində pulu sırf çay və kofeyə, 10,000 meyvə və tərəvəzə, 32 min funt sterlinq isə "Godiva” şokoladlarına xərcləyib. O, həmçinin "Bouçeron” və "Kartier” zərgərlik mağazasında 4.9 milyon funt sterlinq, fransız markası "Selin”də 300 min funt sterlinq xərcləyib.

Bundan əlavə, Hacıyeva "Bibbidi-Bobbidi”də Disney şahzadəsi və başqa qəhrəmanlarla tanış olmaq üçün məşhur oyuncaq şöbəsinə 251 min ödəyib.
Hacıyevanın çekləri həmçinin göstərir ki, o, mütəmadi olaraq dizayner Tom Diksonın bahalı sendviç kafesinə baş çəkib.

Maaraqlısı odur ki, hazırda fəaliyyət göstərməyən bu kafedə qızardılmış donuz əti və cips ilə hazırlanmış bir sendviçin qiyməti 13,90 sterlinq təşkil etsə də, Hacıyeva bu məkanda 332 min sterlinq xərcləməyə müvəffəq olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz