Axtarış...

İcra başçısı bir ailənin dağılmasına bais olub - İTTİHAM

Bu günə qədər Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri barədə ölkə mətbuatında konkret faktlarla dolu çoxlu silsilə yazılar dərc olunubdur. Bundan başqa, rayon sakinləri və sahibkarlar da icra başçısının qanunsuz hərəkətləri ilə bağlı ölkə başçısı İlham Əliyevə çoxsaylı şikayətlər göndərib. Lakin bütün bunların araşdırılması istiqamətində heç bir iş görülməmişdi. Bir zamanlar nazir olan qohumu Səlim Müslümov şikayətlərin qarşısını ala bilmişdi. Bu da Ənvər Seyidəliyevin əl-qolunu daha da açmışdı. Artıq Ənvər Seyidəliyev üçün yolun sonu görünür. Onu müdafiə edə biləcək heç kim yoxdu. Bu barədə bizə məlumat verən mənbə yaxın vaxtlarda Ənvər Seyidəliyevin ciddi cəzalanacağını deyir. Çünki bu günə qədər Ənvər Seyidəliyevin rüşvət və korrupsiya əməlləri barədə əlaqədar orqanlara kifayət qədər məlumatlar verilib. Ancaq həmin məlumatların araşdırılmasında süni əngəllər yaradılıb. Ağsu rayonundan göndərilən əhəmiyyətli məktublar ölkə başçısına çatmayıb. Şikayətlərin araşdırılmaması narazı insanların dövlətə qarşı etibarını sarsıdıb. Bütün bunlar başqa vasitələrlə ölkə başçısına çatdırılıb və Ənvər Seyidəliyevin əməlləri bu yaxınlarda araşdırılacaq.
Bu yaxınlarda Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin sakini Oruclu Adil Aydın oğlu rayonun icra başçısı Ənvər Seyidəliyev haqda ölkə başçısına və digər qurumlara şikayət məktubu göndərmişdi. Həmin məktubda icra başçısının qanunsuz əməlləri, qohumlarının hansı vəzifələr tutmaları və ailə biznesləri barədə şok faktlar açıqlanmışdı.
Bu günlərdə Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev haqda ölkə başçısına və digər qurumlara şikayət məktubu göndərən xanımın problemi isə tamam fərqlidir. Bir surəti də aktualxeber.az saytına ünvanlanan şikayət məktubunu yazan Salyan rayonu, Salyan şəhəri Ə. Quliyev küçəsi ev 1 mənzil 61-də qeydiyyatda olan Mahmudova Fatimə Seyidağa qızıdır. Şikayətçi F. Mahmudovanın iddia etdiyinə görə jurnalist kimi 2013-cü ildə Ağsu rayonuna xidməti işlərlə əlaqədar ezam olunubmuş. Həmin vaxtdan başlayaraq RİH başçısı Ənvər Seyidəliyevlə yaxşı münasibətləri yaranıb. İcra başçısı onu bir neçə dəfə rayonda olan tədbirlərə və açılışlara dəvət edibmiş. Bir neçə aydan sonra isə Ənvər Seyidəliyev Bakıya gələrək 9-cu mikrorayon ərazisində yerləşən restoranlardan birində həmin xanıma sevğı etirafı belə edibmiş. Şikayətçi xanım dəfələrlə ona bir övladının olduğunu və həyat yoldaşı bunu bilərsə çox pis nəticələnəcəyini desə də, Ə. Seyidəliyev ondan əl çəkməyib. Dəfələrlə onun yaşadığı ünvana hədiyyələr göndər Ə. Seyidəliyevin bu hərəkətlərindən sonra ailəsi dağılan xanım, subay olduğuna və uşağını təkbaşına saxlaya bilməyəcəyini göüb onun təklifi ilə razılaşıb. Onlar kəbinlə evləniblər və Ə. Seyidəliyev hər həftə rayondan Bakıya gələndə öz ailəsi kimi gəlib F. Mahmudovanın yanında qalmağa başlayıb. Xanımın etibarını qazanan icra başçısı onun 2015-ci ildə “Şərur” MTK-ya məxsus binada olan, atasının aldığı 3 otaqlı mənzili 78 min manata satdırıb. Mənzilin pulunu xaricdən zəng edərək hər ikisinin ortaq tanışları olan Nadir adlı şəxsə verməyini bildirib. Xanımı əmin edib ki, narahat olma, qayıdandan sonra üstünü düzəldib daha komfortlu başqa bir mənzil alacaq. Bu hadisədən bir müddət sonra Ə. Seyidəliyev 6 min manat pulu Rüstəm adlı şəxslə F. Mahmudovaya göndərib. Yerdə qalan 72 min manatı hələ də verməyən Ə. Seyidəliyev şikayətçi xanımın uşağıyla 2016-cı ildən bəri kirayələrdə və çox acınacağlı vəziyyətdə yaşamasana bais olubdur. Valideynlərinin hər ikisinin də Qarabağ döyüşlərinin iştirakçısı və veteranları olduğunu qeyd edən F. Mahmudova dövlət başçısından və əlaqədar qurumlardan günahkarın cəzalandırılmasını və ona dəyən maddi ziyanın ödənilməsi üçün öz köməkliklərini göstərmələrini xahiş edir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
aktualxeber.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz