Bu günlərdə Ağsu sakinləri sosial şəbəkələrdə susuz keçən isti yay günlərindən söhbət açıblar. Beləki sakinlərdən biri qeyd edir ki, Ağsu şəhərin iki hissəyə bölən Ağsu çayı artıq ağsuluların dadına çatmamaqdadır. Qeyd edək ki, Ağsu çayı həmin çaydır ki, bu il bir neçə kəndin sel tərəfindən yuyulması məhs bu çayın dolub daşmasından tar-mar olmuşdu. Ağsu sakini Şəhriyar Kərimovun yazdığı statusunda qeyd edilir ki, ağsuluların susuz qalmasının əsas səbəbi odur ki, Ağsu şəhər Su Melorasiya ASC-nin rəhbərinin başı şəxsi biznesinə qarışdığından əhali unudulub deyə qeyd edir. Ağsu Su kanal idarəsinin müdiri isə yay gəldi sezon başlayır prinsiplərinə üstünlük verərək içməli suyu su maşınlarına dolduraraq əhaliyə pulu xidmət göstərməyə üstünlük verməkdədir. Həmçinin Ş.Kərimov qeyd edib ki, 7 gün ərzində rayon ərazisinə cəmi ümumi olaraq 4 saat su verilir. Bu su verilmə müddətində isə cəmi 5 kub su götürmək mümkün olur. Həmçinin vətəndaş bildirib ki, 12 may 2018-ci il tarixində Prezident İlham Əliyevin əhalinin su ilə təminatının yüksəldilməsi məqsədiylə imzaladığı sərəncam əsasında 35 milyon manat dövlət büdcəsindən vəsait ayrılıb. Prezidentin sərəncamı məhz artizan quyularının və kanaların təmizlənməsinin təmin edilməsi üçün verilən əmr olub. Amma təsüf olsun ki, sərəncam elə imzalanan kağızda olduğu kimi qalıb. Ağsuda olan mənbələrimizdən əldə etdiyimiz məlumatdada qeyd edilir ki, Ağsu şəhəri inkişafdan tamamilə dayanmış və təcrid edilmiş ərazi görünüşün xatırlatmaqdadır. Beləki, Ağsu rayon rəhbərliyi sadəcə kabinetindən çölə çıxmamaqla əhaliyə xidmət etdiyin düşünür. İdarə və müəssisə rəhbərləri isə bu haldan istifadə edərək əhaliyə zülm edirlər. Bir yandanda məhz elə bunun səbəbinin bir başa icra başçısı Ənvər Seyidəliyevin olması göstərilməkdədir ki, buda xalqın əsaslı narahatçılığından irəli gələn iddialardır. Əhali dərdini demək üçün getdiyi RİH-dən sözü ağzında qalmaqdadır.
Hacı Səfərin əhalinin xidmətində deyil öz şəxsi biznesi ilə məşğul olması əhalini narahat edir. Bu fikirlər məhz rayon sakinlərinə məxsusdur. Onlar həmçinin Ənvər Seyidəliyevin Hacı Səfərə verdiyi səlahiyyətlərin nəticəsində əhaliyə xidmətsizlikdə ittiham edilməkdədir. Hörmətli icra başçısı sizin əhaliniz sizdən narazıdı. Hacı Səfər kimdən bu qədər ixtiyar sahibi olub ki əhalini incidilməsinə yüksək səy göstərməkdədir. Ağsu mənbəmizdən verilən mənbə də isə hətta Ağsu Su kanal idarəsinin müdiri Cəmil bəy və Su Melorasiyanın rəhbəri Səfər Məmmədov əhalini vecə almır.
Digər verilən məlumatlarda isə Padar kəndində Azərqaz ASC əməkdaşının gizlin yolla əhalinin qaz sayğaclarının blomların qıraraq və bir neçə sakinin hətta sayğacını oğurlayıblar. Bu prossesdən bir gün sonra qaz istismar idarəsinin rəhbərliyindən bir qurup şəxs kəndə gələrək baxış keçirmək adı altında həmin zədələnmiş sayğacları müəyyən edərək vətəndaşlara qanunsuz cərimə tətbiq edilib. 800 azn təşkil edən cərimələr əslində Azəriqaz ASC-nin Ağsu rayon filiallının əməkdaşları tərəfindən qəsdən edilmiş hərəkət olduğu sakinlər tərəfindən qeyd edilməkdədir. Hətta bir neçə sakinlərə isıə dərhal 2 gün ərzində məhkəmə keçirərək cərimələrə hüquqi qiymət verilməsidə təmin edilib. Hansı sakin cəriməni dinməz öhdəsinə götürərək ödəyəcəyin qeyd edirsə onlar məhkəmə orqanlarından xilas olunur. Kim ki, haqqın tələb edirsə onu dərhal məhkəmə kürsüsünə çıxararaq cəriməyə hüquqi don geyindirilir. Sakinlərin dediyindəndə belə anlaşılır ki artıq Ağsu rayon Məhkəməsinin hakimləri bəzi idarə və müəsissə rəhbərlərinin sifarişi əsasında qərar qəbul etməklə müstəqil olmadıqların subut etmiş olurlar.
Bütün bu məsələlərlə bağlı qarşı tərəflərlə əlaqə saxlamaqa cəhd etsəkdə onlarla əlaqə saxlamağımız mümkün olmadı. Hətta RİH-nin başçısı Ənvər Seyidəliyevə məxsus olan nömrələrə zəng açdıq amma cavab verilmədi.
Mövzuya yenidən qayıdacağıq.
Yazıda adları qeyd edilən şəxs və idarələrin mövqeyin dinləməyə hazırıq.
BakuNews.az