Axtarış...

“Bu siyahılar Azərbaycan hökumətinə heç bir təsir etməyəcək” - Reaksiya

“Bu siyahılar Azərbaycan hökumətinə heç bir təsir etməyəcək” - Reaksiya

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir sentyabrın 5-də Azərbaycana gəlib. Məruzəçi gələr-gəlməz siyasi məhbus siyahıları ilə bağlı ciddi rəqabət yaşanır. Bəzi hüquq müdafiə təşkilatları sanki siyahıdakı məhbusların sayını artırmaq üçün bir-birilə yarışırlar.

İlk olaraq, avqustun 31-də “Azərbaycan Siyasi Məhbuslara Azadlıq” İttifaqı 117 nəfərin adı olan siyahı açıqladı. Bunu ardınca isə Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup 119 məhbusun adını açıqladı.

Belə fikirlər var ki, AŞ PA məruzəçisi gələn vaxta belə siyahıların dövriyyəyə buraxılması Azərbaycan hakimiyyətinə təzyiq etmək, məruzəçinin əlinə fürsət vermək deməkdir.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı bu siyahıları hazırlayanlar yarışa çıxıblar ki, kim siyasi məhbus siyahısına daha çox məhbusun adı salınacaq: “Məruzəçi ilə görüşümüz oldu. Bizim siyasi məhbus siyahısı kifayət qədər qısadır. Bu ona görə belədir ki, biz hər zaman siyahıları təqdim edəndə reallıqdan çıxış edirik. Kimə nə edə biləcəyimizi, hansı yardımı edəcəyimizi düşünürük. Çalışırıq ki, mümkün qədər nəyəsə nail olub, insanları azad etdirək. Mart ayında olan əfvdə də eyni şeyi etdik. Biz siyahımızda o insanların adını seçdik ki, onlar doğrudan da azadlığa buraxıla bilərdilər. Biz lobbiçilik edə bildik, cənab prezidentə məktub yazdıq. Əsaslandıra bildik ki, bu insanlar azadlığa çıxa bilərlər. Nəticə o oldu ki, bizim siyahıdan 50-dən çox insan azadlığa buraxıldı. İndi də biz elə bir siyahı məruzəçiyə təqdim edəcəyik. Bunu həm də ölkə rəhbərinə göndərəcəyik. Çalışacağıq ki, siyahımızda olanlar azad edilsinlər. Siyahımızda bloggerlər, jurnalistlər, siyasi partiyaların nümayəndələri var. Onların içərisində Qarabağ qaziləri, xəstələr, daha ağır xəstə olanlar var. Elələri var ki, vərəm xəstəsidir. Bu insanların adlarını biz təqdim edəcəyik ki, AŞ PA məruzəçisi də onların azad edilməsi uğrunda bizimlə birgə fəaliyyət göstərsin. Onu da deyim ki, uzun siyahıları təqdim etməklə cəzasının az hissəsi qalanların, ağır xəstə olanların yollarını kəsirlər. Çox təəssüflər olsun ki, Avropa Şurası və bu qurumun təmsilçiləri təəccüblü qalırlar ki, bir ölkədə neçə məhbus siyahısı var. Oyun oynanıldığını artıq hər kəs yaxşı anlayır. Susaraq, lobbiçilik edərək, məktub yazaraq çalışmaq lazımdır. İnsanların, onların ailələrinin taleyini unutmaq olmaz”.

Hüquq müdafiəçisi belə siyahıları əhəmiyyətsiz sayır: “Bu siyahılar Azərbaycan hökumətinə heç bir təsir etməyəcək. Bunu illərdir belə işlərlə məşğul olan hüquq müdafiəçisi kimi deyirəm. Əksinə uzun siyahılarla hamının yolu qapanır. Hətta azadlığa buraxılmalı olan insanların da qapıları bağlanır. Bu insanlar uğrunda biz işləyirik. Bu məsələni çalışırıq ki, ölkə daxilində həll edək. Məruzəçilər Avropa Şurası və digər beynəlxalq qurumlar sadəcə bizə yardımçı olurlar. Bu siyahıları verməklə nəyə nail olacaqlar? Bununla Azərbaycanı Avropa Şurasından uzaqlaşdıracaqlar? Bunu zaman göstərib ki, belə şey olmayıb. Ona görə də, belə şeylər etməklə, Avropa Şurasında Azərbaycanın adını ortalığa çıxarmaqla düzgün iş görülmür. Hər bir siyasi məhbusun adının arxasında onların taleləri durur. Bununla oynamaq olmaz. Bunu alver predimetinə çevirmək heç də onlara başucalığı gətirmir. Çalışmalıyıq ki, onlar azadlığa buraxılsınlar. Bunun üçün əlimizdən gələni edirik. Necə ki, uyğun yollarla mart ayında çoxsaylı siyasi məhbuslarımız azad olundu. Sizlərin belə siyahılar hazırlamaq öz işlərinizdir. Amma dəqiq siyahı verin ki, nəyəsə nail olasınız, məhbusların talelərinin sizləri necə narahat etdiyini göstərəsiniz. Xahiş edirik bizə yardımçı olun. Belə etməyin. AŞ PA məruzəçisi ilə görüşmək şan-şöhrət deyil. Məruzəçi ilə görüşmək iş deməkdir”.

S.Qocamanlı “Gəncə işi” ilə bağlı olan məhbusların adlarının siyahılara salınmasına da təpki verdi: “Onların işləri ilə biz indi maraqlanırıq. Artıq çox adamla söhbət də etmişik. İşi gərək tam öyrənək ki, düzgün addımlar ata bilək. Bunları etmədən onların adlarını siyasi məhbus siyahısına salmaq doğru deyil. Bu günahsız olanların da azadlığa çıxma yollarını əngəlləyə bilər. Gəncə məhbuslarının hər birinin işi diqqətimizdədir. Bizim siyahıda nə qədər şəxsin yer aldığına gəlincə, hər halda nə yüzdür, nə də yüz əllidir. Bizi taleləri narahat edən insanların hər biri siyahıdadır. Ölkə daxilində onların uğrunda mübarizə aparacağıq. Bunlar siyasi partiya nümayəndələri, bloggerlər, inanclı insanlar, Nardaran hadisələrində həbs edilənlər və digərləridir. Adlar çəkmək istəmirəm. Çünki işimizə maneçilik yarana bilər”.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz