Müğənni Səidə Sultan "Xəzər" telekanalının "5/5" verilişinin qonağı olub.
Open.az xəbər verir ki, müğənni verilişdə sevgilsindən bəhs edib.
O, hələ evlənməyə hazırlaşmadığını bildirib.
Aparıcı Zaur Baxşəliyev isə Səidənin saç düzümünə söz atıb.
Müğənni isə ona belə cavab verib: "Mənim yaşım çoxalır. Özü də mənim kəkilim çoxdan solub. Qaldı ki, evlənməyə, hələ elə bir fikrimiz yoxdur. O, məni müğənni olaraq sevib və bəyənib. Belə qəbul olduğum üçün yanımdadır".