Axtarış...

Amerikalı aktyor Castin Timberleyk kinoya qayıdır



Amerikalı aktyor və müğənni Castin Timberleyk ekranlara qayıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.

Bildirilir ki, aktyor çəkilişləri payızda başlanacaq “Palmer” filmində baş rolu oynayacaq.

Süjetə əsasən, Timberleykin qəhrəmanı məktəbdə ulduz futbolçu olur, sonra isə həbsxanaya düşür. O, məhkumluq həyatından sonra doğma şəhərinə qayıdır və burada öz keçmişi ilə bağlı çətinliklərlə üzləşir.

Qeyd edək ki, bir müddət əvvəl aktyor ailəsinə daha çox vaxt ayırmaq üçün karyerasına son verdiyini açıqlamışdı.
Text-to-Speech

DİNLƏ






Şərh yaz