"Aqşin Fateh, səndən qabaq bu sözləri Oqtay (Kamil) vururdu, səndən qabaq bu sözləri xətrini çox istəsəm də Rəşad Dağlı vururdu"
Milli.az xəbər verir ki, bu ifadələri "Hər şey daxil"də aparıcı-aktyor Sərxan Kərəmoğlu səsləndirib.
Aktyor heç kimin efirdə kişilikdən "dərs keçməyə" ixtiyarlarının olmadığını sərt ifadələrlə diqqətə çatdırıb:
"Siz bu meyxanaya gəlmisiniz kişilik, qeyrət gətirməyə? Oğlanlar var... Sən qayıdıb deyirsən ki, burada "Əxlaqsız qadınları çıxmaq şərti ilə, əxlaqı olan xanımlar anamız-bacımızdır". Yaxşı, insanın evində, ailəsində hansısa... - İraq-iraq bizdən e, hansısa xanımın ola bilsin ki, əxlaqında problem var, amma onun 2-3 övladı var, onun qardaşı var. Bəs, o, gedir sənin ananı, mənim, bizim ana-bacımızı orduda müdafiə edir. Bəs biz niyə onda onların müdafiəsi altında yaşayırıq? Olmaz belə şeylər. Sən düşünmürsən ki, "əxlaqsız" dediyin xanımın övladı bu dəqiqə əsgərlikdə ola bilər? O, anasının haqqında nəyisə eşidə bilər, intihar edə bilər. Siz nəyi reklam edirsiniz? Çıx mahnını oxu da, get meyxananı de".