Axtarış...

“Günay” teatr-studiyası beynəlxalq müsabiqənin “Qran-pri” mükafatını qazanıb



Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “AMBERSTAR 2019” Beynəlxalq İncəsənət Müsabiqəsində ölkəmizi uğurla təmsil edib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə Latviyanın paytaxtı Riqada keçirilən müsabiqədə “Günay” studiyası “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Üç ocaq” tamaşasını nümayiş etdirib.

Müsabiqənin nəticələri Qala konsertdə açıqlanıb. Festival-müsabiqənin “Qran-pri” mükafatı ölkəmizi layiqincə təmsil edən “Günay” studiyasına təqdim olunub.

Teatr-studiyasının kollektivi festivalın medalı və sertifikatı ilə təltif olunub. Gənc aktyorlardan Leyla Əliyeva, Leyla Qədimli, Təyyar Cəbrayılbəyov və Tuncay Həmidli ən yaxşı rola görə diploma layiq görülüb. Studiyanın bədii rəhbəri, ssenari müəllifi və quruluşçu rejissoru Larisa Tarusova festivalın İdarə Heyəti tərəfindən münsif seçilib, gənc istedadların inkişafındakı fəaliyyətinə və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə göstərdiyi köməkliyə görə beynəlxalq diplom-sertifikatla təltif olunub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz