Türkiyənin Antalya vilayətinin Kumluca mahalında 2,5 yaşındakı uşaq hündürmərtəbəli binanın 4-cü mərtəbəsindən yerə düşüb.
Zamantv.az xəbər verir ki, azyaşlının yerə düşmə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Möcüzə sayəsində sağ qalan uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. (publika.az)