Bakıda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloyi söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.