Axtarış...

Əsəbləri zəif olanlar baxmasın! - Bakıda 2 yaşlı uşağa qarşı VƏHŞİLİK - VİDEO

Əsəbləri zəif olanlar baxmasın! - Bakıda 2 yaşlı uşağa qarşı VƏHŞİLİK - VİDEO

Bakıda münaqişəli ailədə doğulan 2 yaşlı körpə elə ailə münaqişəsinin qurbanı olub.

BAKU.WS xəbər verir ki, uşağın bilərəkdən yandırıldığı və ya səhlənkarlıq üzündən yandığı ehtimal edilir.

"Azərbaycan Uşaqları İctimai Birliyi" sədri Kəmalə Ağazadə "Səni axtarıram" proqramında müzakirəyə çıxardığı hadisəyə verilən qiymət belədir.

Belə ki, körpənin ağır vəziyyətdə olduğuna baxmayaraq ata uşağın müalicə üçün ölkədən çıxarılmasına icazə verməyib. Daha dəqiq desək, nənə öz oğlunu lazım olan sənədə imza atmağa qoymayıb. Məhz bu nüans hadisəyə belə qiymət verilməsinə əsas yaradır. Hər halda uşağın sağ qalmasını istəyən ata və nənə belə addım atmazdı.

Məsələyə qarışan kənar şəxslər onlarla danışıqlar aparsalar da, buna müvəffəq olmayıblar. K.Ağazadə məsələnin təcili surətdə həll olunması üçün "Səni axtarıram"a üz tutub. Sonda həmin icazə alınıb və uşaq dünən gecə saatlarında İstanbyula aparılıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ağır vəziyyətdə olan körpənin müalicəsinə tələb olunan vəsaitin bir hissəsi ( 21 min dollar - təxminən 30 min manat) "Uşaqların xoşbəxt gələcəyi" qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayeva-Kərimovanın səyi nəticəsində toplanıb.



Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz