Axtarış...

Avtobus iki yaşlı uşağın ayaqlarının üstündən keçdi - Azərbaycanda faciə



Gəncədə avtobus iki yaşlı uşağın ayaqlarının üstündən keçdi

Gəncədə sərnişin avtobusu iki yaşlı uşağın ayaqlarının üstündən keçib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bədbəxt hadisə Məhsəti qəsəbəsində qeydə alınıb.
2017-ci il təvəllüdlü Babakişiyev Elay Elnur oğlunun hər iki ayağı sərnişin atobusunun altında qalıb. Azyaşlının hər iki ayağı sınıb.Uşaq dərhal Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, hadisə uşaq anası ilə avtobusdan düşəndən sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz