Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu şəhid verib.
Sonxeber.az-ın məlumatına görə, bu barədə millət vəkili Adil Əliyev sosial şəbəkədə məlumat paylaşıb.
O qeyd edib ki, atəşkəsin pozulması nəticəsində Naxçıvanda N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi qulluqçusu, Ordubad rayonu Unus kənd sakini Yusifov Vüsal Nizami oğlu şəhid olub.
Allah rəhmət eləsin!