Cari ilin iyulun 12-də Yasamal Yaşayış Kompleksində seçilmiş 253 mənzilin satışının rəsmiləşdirilməsi prosesi uğurla davam etdirilir.
MİDA-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, bu günədək 201 vətəndaşla güzəştli mənzilə dair alqı-satqı müqaviləsi bağlanıb. Digər mənzillərin satışının rəsmiləşdirilməsi də müvafiq ardıcıllıqla həyata keçirilir.