Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.
Millitv.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.