Axtarış...

Cari ilin ötən dövründə 645 əlil kiçik biznesin təşkili üzrə kurslara cəlb edilib

Cari ilin ötən dövründə 645 əlil kiçik biznesin təşkili üzrə kurslara cəlb edilib

Cari ilin ötən dövründə özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialı olan 645 nəfər əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Onlar kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə, bu il 850 nəfər əlilin özünüməşğulluq proqramında iştirakı gözlənilir.

Kursları uğurla başa vuran və biznes-planları müsbət qiymətləndiriləcək şəxslərə, o cümlədən əlilliyi olan insanlara seçdikləri iqtisadi fəaliyyət növləri üzrə yaxın vaxtlarda aktivlər (mal və materiallar) təqdim ediləcək. Bu aktivlər hesabına qurulacaq fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradacaq.

Özünüməşğulluq proqramı çərçivəsində yaradılacaq təsərrüfatların idarə olunması və inkişaf etdirilməsi üçün proqram iştirakçılarına müvafiq məsləhət xidmətləri də göstəriləcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz