Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Millitv.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2,0 milyon manat ayrılıb.