Axtarış...

DİQQƏT! Zaminliyin şərtləri dəyişdirildi - VİDEO



Azərbaycanda problemli kreditlərin restruktizasiyası yəni ödəniş müddətinin uzadılması zamanı zaminin öz öhdəliyindən imtina etmək hüququ var. Bu hüquq qanunvericilikdə tənzimlənir.

Hüquqşünas Anar Ramzanovun sözlərinə görə vətəndaş əsas kimi müqavilənin dəyişildiyini və şərtlərin ağırlaşdığını göstərə bilər.

Əgər bank restruktizasiyadan əvvəlki krediti zaminsiz veribsə yeni müqavilə üçün zamin tələb edə bilər. Yox əgər birinci müqavilədə zamin olubsa və ikinci müqavilədə zamin imtina edirsə bu zaman bank prosesi həyata keçirməkdən də imtina edə bilər. Amma vətəndaşında məhkəmədə bu halı mübahisələndirə bilər.


Ölkəmizdə zaminlikdən imtina ilə bağlı daha bir qərar isə Konstitusiya məhkəməsi tərəfindən verilib. Bu qərar isə daha çox orta və böyük sahibkarlara verilən kreditlərlə bağlıdır.

Eyni qayda sahibkarlara verilən ipoteka kreditlərində də keçərlidir.(xezerxeber)

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz