Axtarış...

Rəbiyyə Məmmədova: "Madər Musayevin namizədliyi ləğv edilsin"



Fevralın 3-də 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova inzibati resurslardan tam istifadə əsası ilə Madər Musayevin namizədliyinin ləğvi barədə MSK-ya şikayət edib.

Bu barədə Rəbiyyə Məmmədova feysbuk hesabında yazıb.

Məlumata görə, şikayətin məğzi Binəqədi qəsəbə bələdiyyəsinin üzvü Orxan İsayevin və Binəqədi qəsəbə bələdiyyəsinin sədr müavini Niyaz Niftiyevin Madər Musayevin təbliğatında iştirak etmələridir.

"Niyaz Niftiyev eyni zamanda bağlandığı deyilən "Azadinforum” media qurumunda redaktordur, bağlansa da, bu saytda Madər Musayevin təbliğatı ilə bağlı yazılar gedir. Bələdiyyə üzvü Orxan İsayev isə açıq şəkildə Madər Musayevin seçki təbliğatında yaxından iştirak edir və Madər Musayevin feysbuk səhifəsində təbliğat zamanı şəkli paylaşılıb.

Orxan İsayev hətta mənim səhifəmdə də Madər Musayevi təbliğ edirdi. Binəqədi qəsəbə bələdiyyəsinin sədri olan xanım isə məni məhkəməyə verən şəxsdir. Bu saydıqlarım inzibati resurslardan tam istifadədir. MSK-ya ikinci müraciətimiz dəfələrlə mediada Madər Musayevin varidatı barədə gedən yazılara, əsasən, Madər Musayevin maliyyə hesabatı ilə bizi tanış etməsidir.

Üçüncüsü, haqqım olan pulsuz efir vaxtı ilə, dördüncü isə lövhələrdən posterlərimizin cırılması barədədir.

43-cü bölmədə şikayətimizə baxılmadığına görə Baş Prokurorluğa ayrıca şikayət yazmışıq”, - deyə Rəbiyyə Məmmədova bildirib.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.///Toplum.Tv
Text-to-Speech

DİNLƏ






Şərh yaz