Zabrat qəsəbə icra nümayəndəsi qəsəbə sakinlərinin torpaqlarına göz dikib: Iddia
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Sabunçu rayon Zabrat qəsəbə skinləri Millitv informasiya agentliyinə müraciət edərək Qəsəbə icra nümayəndəsi İlqar Süleymanovun qəsəbə sakinlərinin başına açdığı oyunları içtimayiləşdirilməsini və Mətbuat vasitəsiylə onların haq səsini Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına çatdırılmasını xahiş etdilər.
Yaranmış vəziyyəti yerində öyrənmək üçün Zabrat qəsəbəsində olan, əməkdaşlarımızı qarşlayan qəsəbə sakinləri İlqar Süleymanovun qanunsuz əməlləri barədə bəzi açıqlamalar verdilər.
Sakinlərin bildirdiyinə görə bundan əvvəl Zabrat qəsəbə icra nümayəliyində müxtəlif vəzifələrdə işləyən İlqar Süleynanov yaxşı münasibətdə olub ancaq iki ilə yaxın olan müddət ərzində qəsəbə sakinləri üçün müxtəlif problemlər yaratmaqdadır. Millitv informasiya agentliyinin kameralarının qarşısında cıxış edən sakinlər onların problemləri ilə maraqlanmayan icra nümayəndəsi müxtəlif yollarla onlara problem yaratdığını bildirdilər.
Qəsəbə sakini Məmədov Anar icra nümayəndəsi İlqar Süleymanovun göstərişi əsasında evlərə gələn mənzil istisimar sahəsinin rəisinin evlərini təmir edən sakinlərdən pul tələb etdiyini bildirdi . Anar Məmədov İlqar Süleymanovun digər qanunsuz əməllərinə son qoyulması üçün Mətbuat vastəsi ilə Əlaqədar qurumlara çatdırılmasını xahiş etdi.
Digər qəsəbə skini Nəbi Yaqub oğlu onların ailələrinə bələdiyyədən icarəyə götürdükləri 80 - sot torpaq ərazisinin 20 - sotunu İcra nümayəndəsi İlqar Süleymanovun qanunsuz olaraq onların əlindən alaraq iş adamı “PANDA” ticarət mərkəzinin rəhbərliyinə satıbdır.Şikayətçi olan Nəbi Yaqub oğlu onların ailələri tərəfindən icarəyə göturülən bu torpaq sahəsini 1972 - ci ildən qoruduqlarını bildirdi .Bu Müddət ərzində əraziyə axan qəsəbənin çirkab sularını bəndlər vastəsiylə ərazidən çıxarsalarda ancaq son zamanlar çirkab sularının yığışdığı bu yeri digər ərazilərə yayılmasın deyə torpaq töküb qurutmağa nail ola bilmirlər buna səbəbdə İcra nümayəndəsi İlqar Süleymanov onlar əraziyə torpaq tökən vaxt polis əməkdaşlarını çağıtdıraraq Nəbi Yaqub oğlu həbs etdirmişdi.15 – ci polis bolməsinə aparılan Nəbi Yaqub oğlunun əməllərində xeyirxaqlıq məqsədinin gördüyünü bilən polis əməkdaşları onu sərbəst buraxmışdılar.Nəbnin bildirdiyinə görə görə məsələnin heçdə icra nümayəndəsi İlqar Süleymanovun kəndin ərazisində torpaqları qoruması yox Bəzi iş adamlarıyla birləşib qəsəbə ərazisindəki boş qalan sahələri onlara satmaqdır.
İlqar Süleymanovun Əsas problem yaratdığı Yunusov Hüseyn Neymət oğunun 2007 ci ildən - 2022 ci ilədək Zabrat qəsəbə bələdiyyəsinin ərazisindən icarəyə götürdükləri torpaq sahəsini İlqar Süleymanov nəyin bahasına olursa olsun müxtəlif yollarla onların əlindən almağa cəht göstərir.Şikayətçi Yunusov Hüseynin bildirdiyinə görə onların icarəsində olan torpaq sahəsini abadlaşdırmaq və təyinatı üzrə istifadə etmək istəsələrdə icra nümayəndəsi buna heç cür imkan vermir.Bir neçə gün bundan qabaq qeyd olunan ərazini müəyənləşdirmək məqsədiylə həmən sahənin ərazisini qorumaq üçün neçə vaxtdır ki , düzulmüş daşları İlqar Süleymanovun ağır texnikanın köməkliyi ilə götürərək naməlum istiqamətdə aparmışdır.
Sakinlərin İlqar Süleymanovun qəsəbə skinlərinə qarşı olan mövqeyi təkcə bununla bitmir O, işə təyin olunan vaxtdan qəsəbə ərazisini bataqlığa məruz qoyduğunu bildirdilər.
Sakinlərin icra nümayəndəsi haqqında dedikləri fikirləri aydınlaşdırmaq üçün və qarşı tərəfin mövqeyini öyrənmək üçün İlqar Süleymanovla görüşüb fikirini öyrəndik. İlqar Süleymanov onun haqqında deyilənlərə münasibət bildirərək sakinlər tərəfindən onun haqqında deyilənlərin yalan və böhtan olduğunu bildirdi.Qəsəbə ərazisində vaxt aşırı gördüyü işlərin çox olmasını bildirməklə hər bir kəsində onun işindən razılıq bildirdiyini qeyd etdi.
İcarədarın içarəyəgötürdüyü ərazidə düzdüyü daşların nəyə görə oradan götürdüyü barədə sualmıza cavabında İlqar Süleymanov onun daşlardan xəbərinin olmadığını o daşları polis əməkdaşları apardığını bildirdi.İcra nümayəndəsinin daşları polis əməkdaşları apardı fikirinə aydınlıq gətirilməsi üçün qəsəbə üzrə polis sahə müvəkkili Firdovsi müəllimlə əlaqə saxlayaraq İlqar Süleymanovun dediklərinə aydınlıq gətirilməsini xahiş etdikdə.Daşlar ərazidən ağır texnikanın köməkliyi ilə aparılıb o isə münaqişə baş verməsin deyə həmən ərazidə olub.
Aldığımız son məlumatda isəicra nümayəndəliyinin rəhbərliyi ilə icarəda şəxsə məxsus olan daşları traktorlarla iri tutumlu yük maşınlarna dolduraraq nəməlum istiqamətdə aparıblar.
Zabrat qəsəbə bələdiyyəsində olan əməkdaşlarımızla bələdiyyə sədri arsında olan söhbət zamanı məlum oldu ki,Şikayətçi olan icarə darla bağlanılan müqavilə qüvvəsindədir və icarədarda ödənişlərini vaxtı vaxtında ödəyir.
Hörmətli izləyicilərimiz yaranmış vəziyyətlə bağlı ilkin araşdırmalarımız zamanı əldə etdiyimiz bütün məlumatları sizə təqdim edirik .
Araşdırmalarımız davam edir bizi izləyin.
Daha ətraflı MİLLİTV -nin Video səyfəsindən izləyin.