Somalinin paytaxtı Moqadişuda gerçəkləşən terror aktının məsuliyyətini “Əl-Qaidə” təşkilatının “Əş-Şabab” qruplaşması öz üzərinə götürüb.
***
14:19
Somalinin paytaxtı Moqadişuda gerçəkləşən terror aktı nəticəsində ölənlərin sayı 100-ə çatıb, 50-dən çox insan yaralanıb.
Redaktor.az publika.az-a istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə olunan məlumata görə, bomba quraşdırılmış avtomobil tələbələrin avtobusu keçən əsnada partlayıb.
Somali hökumətinin mətbuat katibi İsmayıl Muxtar “Associated Press” agentliyinə açıqlamasında ölü sayının artma ehtimalının olduğunu bildirib.
***
12:38
Somalinin paytaxtı Moqadişuda təşkil edilən terror aktı Maliyyə Nazirliyinə aid Vergilərə Nəzarət Palatası yaxınlığında olub.
Ölü və yaralı sayının artacağı ehtimal edilir.
Hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, “Əl-Qaidə” terror təşkilatının “Əş-Şabab” terror qruplaşması tərəfindən ölkədə tez-tez belə hadisələrin törədildiyi məlumdur.
***
Somalinin paytaxtı Moqadişuda minalanmış avtomobil partladılıb.
Hadisə nəticəsində 94 nəfər ölüb.
Həlak olanlardan 73-ü dinc sakin, 17 nəfəri polis əməkdaşı, 4-ü isə Türkiyə vətəndaşı olub.
Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.