“Neftçi” klubu futbolçusu Səlahət Ağayevlə müqavilənin müddətini 2 il artırıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı qapıçı 2020-2021-ci il mövsümünün sonunadək komandanın formasını geyinəcək.
Millinin qapıçısı Səlahət Ağayev sonuncu mövsümdə bütün oyunlarda (32 matç) meydana çıxıb.