Gundeminfo.az-ın redaksiyasına Ağstafa Rayon Düz Qışlaq kənd sakini, əkinçi, İsmayılov Vüsal Alı oğlu tərəfindən Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış müraciət daxil olub.
Şikayətçi kənd ərazisində torpaqlarını suvara bilməməsindən bəhs edərək, müvafiq səlahiyyətli orqanlardan kömək istəyir.
- Hörmətli Cənab Prezident! Biz əkinçilər Sizin Kənd Təsərufatının İnkişafıyla bağlı verdiyiniz sərəncamlar və tapşırıqları yüksək qiymətləndiririk. Qeyri neft sektorunun inkişafı ölkəmiz üçün nə olduğunu şəxsən mən çox gözəl dərk edirəm. Lakin Cənab Prezident bəzi öz marağını düşünən məmurlar bu inkişafı əngəlləyir. Belə şəxslərdən biridə Ağstafa rayonu KolXəlfəlı kəndində suvarma şefi Zakir Mədətovdur.
- Zakir Mədətov 1 hektarı 3 manata başa gələn suyu biz əkinçilərə 15 manata satır. Nə üçün su dəyərindən 5 dəfə artıq satılır biz əkinçilərə? Belə Kənd Təsərufatını inkişaf etdirmək olarmı? Torpağın canı sudur! Onuda belə edirlər. Bu il mən torpaq sahəsini 6 dəfə suvarmaq əvəzinə cəmi 2-cə dəfə suvara bilmişəm onuda 2-ci suvarmada Zakir Mədətov suyu yarıda dayandırıb piçənək sahəsinə verib.
Mən iyul ayının 23-də icra hakimiyyətinin 1-ci müavini Ramiz Tatarovun qəbulunda oldum və o mənə söz verdi ki, səni suyla təmin edəcəyik. Şəxsən mənim yanımda Ramiz Tatarov KolXəlfəli İcra Nümayəndəsi Yalçın müəllimə tapşırıq verdi ki, Vüsal İsmaylovu suyla təmin edin. Lakin Ramiz Tatarovunda tapşırığına Zakir Mədətov məhəl qoymadı.
.
Xüsusi qeyd etmək istəyirəm ki, 2016 – 2017-ci illərdə mən 40 hektar qardalı sahəsi əkən vaxt Zakir Mədətov mənə su vermədiyinə görə həmin illər mən heç bir məhsul götürə bilmədim və demək olar ki müflis vəziyyətinə gəldim - deyə kənd sakini yazır.
Gundeminfo.az-a ünvanladığı məktubunda Vüsal İsmayılov daha sonra Dövlət Başçısında müraciət edir:
- Cənab Prezident bu gün mən bütün əkinçilər adından Sizə müraciət edirəm. Vəziyyət çox acınacaqlıdır. Mənim səmimiyyətimə inanın! Konkret monopoliyadır. Çünki bütün əkinçilər mənim rastlaşdığım problemlərlə rastlaşır. Burada ayrı seçkiliyi xüsusi vurğulamalıyam. Ağstafa rayonunda yüksək vəzifə tutmuş şəxslərin sahələri normadan birazda artıq sulanır. Lazım gələrsə onların hamısının adlarını və torpaq sahələrinin ağlasığmaz miqyasını geniş ictimayyətə təqdim edə bilərəm və edəcəyəmdə. Qoy hər kəs Ağstafada nə baş verdiyini bilsin. Zakir Mədətova 3 manat əvəzinə 15 manat yox 25 manat verən şəxslərin torpaq sahələridə növbədən kənar artıqlamasıyla suyla təmin olunur. Demək istəyirəm ki, bu gedişlə ölkəmiz qeyri neft sektorunun ən önəmli olan sahəsi hesab edilən Kənd Təsərrufatını inkişaf etdirə bilməyəcəyik.
Hörmətli Cənab Prezident! Mənim öncədən Turanbankın Kənd Təsərufat xəttiylə ayırdığı 50 min AZN borcum var. Onu ödəmək üçün mən yenidən 30 min manat fərdi şəxslərdən götürüb 17 hektar kartof əkmişəm ki, həmin 50 min manatı ödəyim. Lakin illərdir Zakir Mədətovun mənə yaratdığı Su probleminə görə mən 30 min manatımı çıxara biləcəyimə inanmıram. Buna görədə Cənab Prezident Sizdən Xahiş edirəm Ağstafa rayonuna xüsusi diqqət ayırasınız. Əkinçilərin canını belə düşmənlərdən qurtarasınız.
Məhz belə problemlərə görə bizim ölkə başqa dövlətlərdən kartof almağa məcbur olur. Zakir Mədətov bildiyimə görə suvarmada heç bir rəsmi vəzifəsi yoxdur. Maraqlısı odur ki, onun arxasında kim durur. Kimdir əkinçilərin əsl düşməni? Aldığım məlumata görə Ağstafa rayon hüquq mühafizə orqanlarında Zakir Mədətovu himayə edən bir şəxs var. Həmin şəxs Zakir Mədətovu öz səlahiyyətlərindən istifadə edərək qoruyur.
- Hörmətli Cənab Prezident! Sizdən xahiş edirəm Ağstafa əkinçilərinə və mənə neçə illərdir zülm verən və müflis həddinə çatdıran Zakir Mədətovun əməllərinə hüququ qiymət verilsın və cinayət məsuliyyətinə cəlb edilsin.