Axtarış...

"Qızım sosial şəbəkəyə girə bilməz" - Vüsalə Əlizadə



"Mənə pəhriz saxlamaq qadağandır. Böyrəyimlə bağlı dərman qəbul edirəm. Həkimlər buna görə də icazə vermir. Amma hər zaman formamı qoruyub saxlayıram".

Bu sözləri aparıcı Vüsalə Əlizadə "Faydalı saat" verilişində deyib. Hər zaman arıq olan aparıcı formada qalma sirləri ilə bağlı sualları cavablandırıb. O, nə pəhriz saxladığını, nə də idman etdiyini açıqlayıb:

"Heç vaxt idman etməmişəm. Bircə səhər yuxudan oyananda 1 stəkan limonlu su içirəm, dəniz kənarında 1 saat gəzirəm".

Qızı Diləkdən danışan Vüsalə ona qoyduğu qadağaları açıqlayıb:

"İstəmirəm qızım məşhur olsun. Amma mənə görə artıq tanınır. Dilək diqqəti çox sevir. İstəyir hər şeyini mən edim. İstəmirəm təktərəfli olduğu üçün sevgisiz böyüsün. Qızıma telefon, iPad qadağası qoymuşam. Sosial şəbəkəyə, Youtube-da lazımsız videolara girə bilməz".

axsam.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz