ATV telekanalında yayımlanan "Bizimləsən" verilişinə zəng edən qadının dedikləri hər kəsi dəhşətə gətirib.
AzNews.az xəbər verir ki, qadın bir müddət əvvəl verilişdə yardım göstərilən körpənin anası Lamiyənin övladına qarşı zorakılıq etdiyini bildirib.
Onun sözlərinə görə, Lamiyə sığınacaqda yaşayan zaman ağlayan uşağına zərbələr endirib. Aparıcı Zaur efirdə çəkiliş komandasından polis çağırmağı və uşağı Lamiyənin əlindən almağı tələb edib.