Bir neçə həftə əvvəl Yerevan dövlət universitetinin auditoriyasında elm dünyasının 20 nümayəndəsi 3-cü beynəxalq talışşünaslıq konfransına toplaşmışdılar.
“Ölkə.Az” Haqqın.az-a istinadən bildirir ki, hətta erməni ölçülərinə görə, kifayət qədər bəsit keçən konfransda maraqlı məqamlar üzə çıxıb. Səhnədə Liana Petrosyan və Sus Dzvakeryanın- gənc erməni qızlarının talış milli kostyumlarında səhnəyə çıxması nəzərdən yayınmayıb.
"İyirmiliyin" konfransı
Qeyd etmək lazımdır ki, gülünc teatr səhnəsi sosial şəbəkələrin “qəhrəmanı”, pəltək separatçı Zabil Madoj və mənasız “Talış geosiyasi tədqiqatlar mərkəzi”nin tanınmamış eksperti Zahirəddin İbrahimovun psevdo-elmi və kifayət qədər siyasiləşdirilmiş çıxışları fonunda sönük göründü. Bir ovuz separatçının mənasız, diletant çıxışlarına bir neçə iranlı oratorun populist ritorikası əlavə edildi. Talışşünaslığa bu eklektik yanaşmanın müəllifi Yerevan dövlət universitetinin iranşünaslıq kafedrası müdirinin müavini Vardan Voskanyandır.
Vardan Voskanyan
Bununla belə, hətta erməni miqyasına görə kifayət qədər kasıb olan təşkilatçılar əvvəlcədən konfransda ABŞ, Rusiya və hətta Azərbaycan elmi dairələrindən, yaşıl inqilabın yeni ayətullası, bakılı məhbus Hacı Taleh Bağırzadənin də iştirak edəcəyini elan etsələr də, yuxarıda adı çəkilən ölkələrin heç bir alimi və ya ictimai xadimi Voskanyan kafedrasının kandarından ayağını basmadı. Qısacası, zavallı psevdo-elmi publikaya 1990-cı illərdə qiyam qaldırmağa təşəbbüs edən Əlikram Hümbətov da müraciət edib. Bu dəfə isə “20”lərin arasında Hümbətov yox idi. Separatçıların liderlərindən biri sayılan Əlikram video müraciətlə kifayətləndi. Onun silahdaşı, “Rusiya talış diasporu”nun sədri İsmayıl Şabanov da bu üsuldan istifadə etdi.
Çıxış edənlər hələ də, birinci Qarabağ müharibəsi dövründə erməni xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, Azərbaycanda çoxəsrlik ənənəvi polietnik sosiumu dağıtmağa yönəlmiş siyasi texnologiya konsepsiyasından istifadə edirdilər. Erməni diversiya-ideoloji maşını hələ də Azərbaycan cəmiyyətinin və dövlətinin təbii polietnik və multikultural quruluşunu süni absrobsiya-bir etnogenezin digərləri üzərində dominantlığı və qeyri-türklərin sıxışdırılması siyasəti kimi təqdim etməyə çalışır. Azərbaycançılıq insanların tarix boyu yaranmış birliyidir, türk, ləzgi, talış, tat və digər onlarla xalqın etnik vahidliyidir. Azərbaycanda yaşayan on minlərlə talış özünü çoxmilyonlu türkdilli Azərbaycan xalqından ayırmır. Hətta Azərbaycan Xalq Cəbhəsinin aktivistlərindən olan Əlikram Hümbətov da öz regionunda ümumi Azərbaycan dəyərlərinə hörmətlə yanaşanda siyasi dəstək qazanmışdı. Hümbətov idarəolunan separatçıya çevriləndə bütün talış xalqı ondan üz döndərdi və qiyamçı polkovniki regiondan sıxışdırıb çıxartdı. Qeyd etmək yerinə düşər ki, 1990-cı illərdə eyni aqibəti Azərbaycanın şimalında separatçı “Sadval” da yaşadı.
Erməni ideoloji ekspansionizmi separatçı platonizmin çiçəklənmə dövründə və SSRİ-nin dağılmasının ilk illərində Azərbaycanın şimalında və cənubunda yeni separatizm ocaqları qızışdırmağa cəhd etdi.
Yerevan toplantısında oratorların danışığına qulaq asanda professor Voskanyanın uşaqlarının elmi araşdırmalarının bütün absurdunu anlamaq olur. Daha dərinə enmədən iki əsas tezisdən danışaq. Professor Voskanyanın uşaqları Azərbaycan türklərini və talışlarını üz-üzə qoymağa çalışırlar və bunun üçün bu iki etnosin tarixi uyğunsuzluq ideyasını irəli sürürlər. Amma görəsən bu yalançılara böyük Səfəvi dövlətinin yaranması dövründə talışların qızılbaşların bir hissəsi olduğunu bilirlərmi?
Qızılbaşlar
Kimdir qızılbaşlar? Dünya tarix elmi sübut edir ki, qızılbaşlar köçəri türkmən tayfalarının birliyidir. Talışlar da qızılbaşların tərkibinə daxil olub. Tədqiqatçılar xüsusən qeyd edirlər ki, talışlar qızılbaşların tərkibinə daxil olan yeganə qeyri-türk etnosudur. Bu barədə geniş danışmaq olar. Amma hamıya məlum olan bu tarixi fakt özünü ekspert sayan Zahirəddin İbrahimovun bütün arqumentlərini darmadağın edir.
Zahirəddin İbrahimov
Amma bu ekstremist dayanmır və ağzına gələni danışmaqda davam edir. Diqqət edin, İbrahimov dini-etnik identikliyi müzakirə edərkən iddia edir ki, Azərbaycanda məqsədyönlü şəkildə şiə inanclı insanlara qarşı represiya həyata keçirilir. Çünki türklərin əsas dini inancı sünnilikdir. Biz tarixə qayıdıb or”ta əsrlərdə Təbriz, Bakı, Şamaxı və Qəzvində şiəliyi yayan türk-qızılbaş hərəkatından danışmayacağıq. Savadsız və məntiqsiz İbrahimova xatırladaq ki, şiəliyin dövlət ideologiyası Ərəb xilafətində nə vaxt elan edilib? Bu, Abbasilərin dövründə Bağdadda baş verib. Bəs sünniliyin mərkəzi sayılan Bağdada İslam şəhidlərinin, şiələrin ideologiyasını kim gətirdi? Təbii ki, İrandan olan türk sərkərdələri! Amma İbrahimovla nə müzakirə etmək olar ki? O, dünya tarixindən də, qüdrətli Talış dağlarından da uzaqdır!
Qısacası, görünən odur ki, “Azərbaycan antaqonizmi” teoriyasında müəlliflərin dini aspekti erməni xüsusi xidmət orqanları tərəfindən çizilib və siyasi hədəfə doğru gedir. “Talış məsələsi” ətrafında debatlardan sonra Siranuş Vardanyan “20”liyin diqqətini daha vacib və önəmli məsələyə yönəldir. Azərbaycanda islam inqilabının lideri Hacı Taleh Bağırzadə həbs edilib. Amma bağışlayın, Hacı Taleh, 2015-ci il qanlı Nardaran hadisələrinin təşkilatçılarından birinin, Qobustan həbsxanasının məhkumunun Yerevandakı auditoriyada oturan bir ovuc talış separatçısı ilə nə əlaqəsi var?!
“Oratorlar” İslam cərəyanlarındakı antaqonizmə diqqət cəlb edərək və İslam şiəliyinə qarşı yalnız Azərbaycanda represiya olduğunu iddia edərək məntiqli şəkildə separatçıların Yerevan görüşündəki əsas müzakirə mövzusuna, Hacı Taleh Bağırzadənin probleminə yönəltdilər. Hacı Taleh Şirvan regionunda anadan olsa da, Azərbaycanda yaşıl inqilabın istinadgahı kimi Nardaran teoktratik ankavını seçmişdi. Professor Voskanyanın uşaqları isə nəzərlərini Lənkərandan Nardarana çevirərək birdən “Azərbaycanın xilasını” İslam teokratiyasının qurulmasında gördülər. Yerevan üçün isə bu ideya və mübarizənin təcəssümü Hacı Talehdir. Bu zaman diskusiyaya hansısa britaniyalı tarixçi Məcid Kərimi qoşulur.
Hacı Talehin Yerevanda prezentasiyası
Simurq quşlu bayrağın tortu ətrafında
Klassik iranlı xarici görünüşünə, Əhəmdinejada bənzəyən britaniyalı tarixçi tamamilə absurd-mifik və yanlış düşüncə ilə çıxış edərək Azərbaycan ərazisində əhalisi talışlardan ibarət İslam Respublikasının yaranmasından danışır. Britaniyalı isə bu respublikanın lideri kimi Hacı Talehi görür. Bununla yanaşı, Kərimi Nardaranı şiələrin Vatikanı, yəni müqəddəs məkanı elan edir. Yəni, bu mərkəz Orta Əsrlərin Səfəvi dövlətindən sonrakı küllərdən bərpa olunacaq Talış xanlığını idarə edəcək. Belə xəstə psixika və təfəkkür hətta avstriyalı Şiklqruberin rəhbərlik etdiyi ən cəsur nasistlərdə belə olmayıb.
Nasistlərdən söz düşmüşkən, Hitlerin üzərində Bakı nefti təsvir edilən simvolik torta sevgisini xatırlayaq. Yerevan konfransı lirik notlarla başa çatdı. Bir ovuc separatçı tort ətrafında yığışdı. Bu tort mifik Talış separatçı dövlətinin bayrağı ilə bəzədilmişdi. Amma niyəsə bu bayraq İran İslam Respublikasının bayrağını xatırladır. Yaşıl, ağ və qırmızı horizontal zolaq. İran bayrağının mərkəzində Səfəvi-qızılbaşların qılıncı varsa, separatçıların bayrağının mərkəzində fars mifologiyasında tez-tez rast gəlinən Simurq quşuna bənzər hansısa quş təsvir edilib. Bu quş ölümündən əvvəl özünü yuvasında yandırır. Digər mifologiyalardan fərqli olaraq, fars mifologiyasında bu quş dirilmir, ölür. Voskanyanın uşaqları bunu bilsə pis olmazdı...
Ölkə.Az