Azal"da yüksək vəzifə tutan Novruz Novruzovun adı keçən pul qalmaqalı
Bu barədə AzNews.az-a Elmar Səmədovun özü məlumat verib. O qeyd edib ki, uzun illər ailə dostu hesab etdiyi Bakı şəhər sakini Firdovsi Səfərov ona olan etibarından istifadə edərək 200 min dollarını mənimsəyib:
“Hadisə 2016-cı ildə baş verib. Uzun illər ailə dostumuz və yaxından tanıdığım Firdovsi Səfərovla birgə iş qurduq. O dedi ki, Ukraynadan gətirilən və maşın üçün istifadə olunan yağ biznesi ilə məşğuluq. Bu işdə normal qazanc var, gəl, əl-ələ verib pul qazanaq. Razılaşdıq. Firdovsi məni aparıb yağ satılan obyektləri ilə tanış elədi. İnandım, mən ona ilk olaraq 10 min dollar pul verdim. O, 10 günün içərisində ona verdiyim 10 min dolları qazancı ilə birlikdə mənə qaytardı. Bu biznes 2016-ci ilin iyun ayına kimi davam elədi. Hər dəfə də dediyi vaxtda mənə çatacaq pulu qazancı ilə birlikdə qaytarırdı. Sonra bu işbirliyi ərəfəsində verdiyim pulun məbləği 200 min dolları ötdü. 2016-ci ilin iyul ayının 20-də Firdovsi birdən-birə yoxa çıxdı. Halbuki həmin vaxta kimi onunla hər gün görüşməsək də, telefon əlaqəmiz vardı. Onun yoxa çıxdığını görüb qardaşı ilə əlaqə saxladım və məsələni “102” xidmətinə bildirdik. Biz “102” xidmətinə telefon edəndən sonra Firdovsi həmin anda qardaşına zəng edib bizə olan borcunu iki günə kimi qaytaracağını dedi”.
Elmar Səmədov qeyd edib ki, məsələ ilə bağlı ilk olaraq Firdovsi Səfərovun özü hüquq-mühafizə orqanlarına müraciət edib, kömək istəyib: “Abşeron rayon Polis İdarəsindən zəng edib mənim ora gəlməyimi bildirdilər. Orada dedilər ki, Firdovsi sizdən və əlavə 9 nəfərdən Abşeron rayon Prokuroluğuna məlumat verib. O, prokurorluğa yazdığı ərzidə bizə borcu olduğunu etiraf edib. Hələ məbləğləri də göstərib. Həmin vaxt bilmişəm ki, zərərçəkən tək mən deyiləm, məndən əlavə 9 nəfər də var. Firdovsi deyib ki, “qorxuram, bu şəxslər məni öldürsün. Məni qoruyun”. Məsələ ilə bağlı araşdırılma aparılıdı, zərərçəkənlər dindirildi və heç bir ödəmə olmadı. Sentyabr ayında Abşeron rayon Prokurorluğunda Firdovsiyə cinayət işi açıldı və noyabr ayının 8-də o, həbs olundu. Noyabrın 10-da isə məhkəmə onu zaldan buraxdı. Firdovsi Abşeron rayon Polis İdarəsində zərərçəkənlərə olan borcunu 10 günə kimi ödəyəcəyinə dair izahat yazdı. Dediyi vaxtda pulu qaytarmadığından noyabr ayının 24-də o, yenidən həbs edildi”.
Zərərçəkən 2017-ci ildə prosesin Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirildiyini vuğulayıb:
“Amma Firdovsi həmin məhkəmədə vəkil tutdu və ifadəsini dəyişdi, belə bir borcunun omadığını dedi. Prosesə Novruz Kərimovun sədrliyi ilə baxılırdı. Məhkəmədə o, bizlərə 300-500 manat arasında borcu olduğunu dedi. Halbuki, çinayət işində onun özünün borcla bağlı etiraf etdiyi sənədlər var. Novruz Kərimov bu sənədlərə istinad etmədən onu zaldan sərbəsat buraxdı. Məhkəmə ilə bağlı Firdovsinin qardaşı söz yaymışdı ki, onlar bu məsələni 80 min manat müqabilində bağlayıblar”.
Elmar Səmədov hazırda işin Sumqayıt şəhər Apelyasiya Məhkəməsində olduğunu və araşdırmanın şəffar şəkildə aparıldığını deyib: “Onun qardaşının qaynı Novruz Novruzov “Azal”da yüksək vəzifə tutur. Novruz nüəllimin bunlara dəstəyi var. Biz məsələ ilə bağlı aidiyyatı qurumlara ərizə ilə müraciət edib, bəzi şəxslərlə görüşmüşük. Tələbimiz bizə dəyən ziyanın ödənilməsidir. Biz dövlətimizə inanırıq”.
Qeyd edək ki, məsələ ilə bağlı zərərçəkənlər Prezidentə və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlayıblar.