Rusiya Federasiyasının vətəndaşı olan Kukova Kseniya Yevgenyevna Moskva Statistika və iqtisadiyyat institutunu bitirib. Azərbaycanlı ilə ailə quran xanım 2012-ci ildən Bakı şəhərində yaşayır. 2014-cü ildə bir qız övladları dünyaya gəlib.
Kseniya Kukova başına gələnləri NUH.az-a danışıb:
"Mən peşəkar manikür ustasıyam. 2016-17-ci illərdə Bakıda çalışdığım vaxt Azərbaycan və Türkiyə vətəndaşı olan azərbaycanlı Mələk xanım Dəmirtaş mənim müştərim olub. 2017-ci ilin yanvarında Mələk mənə təklif etdi ki, birgə biznes quraq. Ona bildirdim ki, mən bu sahənin peşəkarıyam, biznesi təşkil edə bilərəm, amma əlimdə lazım olan maliyyə vəsaiti yoxdur. Mələk Dəmirtaş mənə bildirdi ki, əri Maksud Dəmirtaş biznesmendir və lazım olan vəsaiti biznesə yatıra bilər. Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir biznesin ( tədris kursu, satış və xidmət ) qurulması üçün 100 min dollar vəsaitin lazım olduğunu bildirdim. Mələk dedi ki, problem yoxdur, ərim lazım olan vəsaiti qoyacaq".
Ksenya Kukova bildirir ki, 2017-ci ilin mart ayında Mələk məni Türkiyə və Azərbaycan vətəndaşı olan türk Maksud Dəmirtaşla tanış etdi:
"Mən Maksud bəyə quracağımız bizneslə bağlı ətraflı məlumat verdim, ideya onun xoşuna gəldi və razılıq verdi. Sonra birgə biznesin təşkilinə başladıq. Maqsud bəy hissə-hissə maliyyə xərclərini ödədi və 30 % -i mənə, 70 %-i Mələk Dəmirtaşa məxsus "E.Mİ-BAKU" MMC şirkətini yaratdıq. Şirkəti yaradarkən çəkilən xərclər ( təmir, avadanlıqların alınması və s ) şirkətin hüquqşünasının səhvindən tərtib edilən sənədlərə daxil edilməyib. Yəni hüquqşünas xərclənmiş pulları rəsmi qeyd etməyib. Şirkətin icraçı direktoru olaraq mənim imzaladığım sənədlər bilmədiyim azərbaycan dilində olub, şifahi olaraq rus dilinə tərcümə ediblər və mən onlara inanıb məzmundan xəbərim olmadan imzalamışam. Bir gün Maksud Dəmirtaş xanımı Mələk vasitəsilə mənə çatdırdı ki, xərclənmiş pulları rəsmi sənədləşdirmək lazımdır. Biz Xətai rayonu ərazisində olan notariusda görüşdük və 185 min manat olan sənədi imzaladım. Şifahi olaraq mənə tərcümə etdilər ki, mən icraçı direktor olaraq Maksud Dəmirtaşın birgə biznesə qoyduğu 185 min manat vəsaiti təsdiq edirəm. Sonra işimizi davam etdirdik".
Ksenya Kukova sonra qeyd edir ki, 2018-ci ildə Mələk mənimlə mübahisə etməyə, icraçı direktor olaraq verdiyim qərarların əleyhinə getməyə başladı:
"Biz beynəlxalq şirkətin distrübütörü olduğumuz üçün razılaşmaya əsasən müəyyən tələbləri mütləq yerinə yetirməliyik. Mən icraçı direktor olaraq Mələyə izah edirdim ki, şirkətin kosmetika satış şöbəsi distrübütör razılaşmasını pozur və razılaşmaya riayət etmir. Və Mələyə dedim ki, Maksud bəyə desin ki, satış şöbəsinin işini düzgün qurmaq lazımdır, sonra problem olacaq. Mələk mənə dedi ki, Maqsud deyir ki, necə işləmisiniz elə də davam edin".
2018-ci ilin avqustunda icraçı direktor Kseniya Kukova, Mələk Demirtaş və şirkətin əməkdaşı İrina Zeynalova Soçi şəhərində E.Mİ şirkətinin təşkil etdiyi beynəlxalq konfransa gedir. Konfransda E.Mİ şirkətinin bütün ölkələrdəki nümayəndələri iştirak edir. Kukova NUH.az-a bildirib ki, E.Mİ beynəlxalq şirkətinin baş direktoru Vera Mireşniçenko bizə dedi ki:
" Siz distrübütör qaydalarını pozursunuz, qaydalara riayət etmirsiniz, satış şöbəniz çox pis işləyir, gələcəkdə müflis ola bilərsiniz. Biz nümayəndəliyi başqasına verməyə məcbur olacağıq. Ya işinizdə dönüş yaradın, ya da özümüz Azərbaycanda satışla məşğul olacağıq".
Kukova qeyd edir ki, bundan sonra Mələk məni günahlandırmağa başladı ki, Vera Mireşniçenko bizim şirkəti geri almaq istəyir: "O gündən başlayaraq Mələk mənimlə mübahisə etməyə, icraçı direktor olaraq qəbul etdiyim qərarlarıın əleyhinə olmağa başladı. Və ərinə dedi ki, Ksenya ilə bütün hüquqi əlaqələri kəsmək lazımdır. Maksud bəy isə mənim şirkətdən getməyimin tam əleyhinə olub. O başa düşüb ki, şirkətin bütün idarəçiliyi mənimlə bağlıdır. Bundan sonra Mələk içəridə intriqaya başladı, işçiləri mənim əleyhimə qaldırdı, öz rəfiqələrinə mənimlə bağlı xoşagəlməz fikirlər söylədi, kollektivdə konflikt mühiti yaratdı, mənim rəhbər olaraq nüfuzumu aşağı salmağa çalışdı.
Və Mələk öz doğma bacısı Günay Əliyevanı öyrətdi ki, məni məhkəməyə versin. Guya mən Günayı manikür etmişəm və onun səhhətində problem yaranıb. Buna görə məndən 20 min manat təzminat istəyir. Üş dəfə Səbail məhkəməsində iclas olsa da Günay məhkəmə gəlmədi və iş baxılmadan bağlandı".
2018-ci ilin oktyabrında Kseniya Kukovanın evinin həyətində onun şəxsi avtomobilimin şüşələri sındırılıb. İşdə isə konflikt davam edib. 2019-cu ilin fevralında Kukova bezərək işdən getməklə bağlı ərizə yazıb:
"Mələk bütün hərəkətləri ilə məni məcbur edirdi ki, işdən gedim. 1 mart 2019-cu il tarixdə rəsmi olaraq işdən çıxdım. Ancaq şirkətdə mənim 30 %-lik payım qalırdı. 2019-cu ilin mayında şirkətdəki mənə məxsu əşyaları yığıb getdim. Onda Mələk mənə vaxtilə imzaladığım sənədi uzatdı ki, guya mənim ona 185 min manat borcum var. Mən təcili olaraq vəkil və tərcüməçi çağırıb sənədlə tanış oldum. Guya mənim Maksuda 185 min manat borcum var. Mən vəkilə müraciət etdim ki, həmin sənədin və borcun saxta olması ilə bağlı məhkəməyə müraciət etsin. 2019-cu ilin iyun ayında Yasamal məhkəməsi işə baxaraq Maksud Dəmirtaşın xeyrinə qərar qəbul etdi. 2019-cu ilin sentyabr ayında mən başqa vəkillə Apelyasiya məhkəməsinə müraciət edərək məhkəmə lazım olan sübut və dəlilləri təqdim etdim. Mən bildirdim ki, mən heç kimin əlindən birbaşa şəxsi məqsədim üçün pul almamışam, həmin pullar şirkətə xərclənib. Nəhayət 16 oktyabr 2019-cu il tarixdə Apelyasiya məhkəməsi mənim iddiamı təmin etdi. İndi isə yeni problem ortaya çıxıb. Məni rəsmi olaraq 30 % payçısı olduğum "E.Mİ-BAKU" şirkətinə buraxmırlar. Şirkətlə bağlı rəsmi sənədləri, hesabatları mənə təqdim etmirlər və şirkətin gəlirlərindən mənə pul ödənilmir".(NUH.az)