Axtarış...

Misirdə təşkil edilən beynəlxalq mədəniyyətlər sərgisində ölkəmiz də təmsil olunub

Misirdə təşkil edilən beynəlxalq mədəniyyətlər sərgisində ölkəmiz də təmsil olunub

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi beynəlxalq tədbirdə ölkəmizi təmsil edib.

AZƏRTAC xəbər verir ki, Təşkilatlar Birliyi dünyanın ən qədim və böyük təhsil ocaqlarından olan Misirin Əl-Əzhər Universitetinin təşkil etdiyi beynəlxalq mədəniyyətlər sərgisində iştirak edib. Tədbir çərçivəsində Azərbaycanın milli geyimi, ənənəvi mətbəxi və ölkəmizin həqiqətlərini əks etdirən müxtəlif kitab və jurnallar nümayiş olunub.

Sərgidə 108 ölkədən olan minlərlə insan iştirak edib. Tədbirin təşəbbüskarı Rahidə Nəsirli kütləvi informasiya vasitələrində ölkəmizlə bağlı geniş məlumat verib, Azərbaycanın inkişafından və uğurlarından danışıb. Ziyzrətçilər tərəfindən ən böyük maraq milli geyim və ləziz şirniyyatımıza olub.

Təşkilatlar Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, son illərdə Aərbaycanı təbliğ etmək məqsədilə mütəmadi olaraq bu cür tədbirlərin təşkil olunduğunu qeyd edib. Onun sözlərinə görə, diasporanın əsas məqsədlərindən biri də Misirdə təhsil alan xarici tələbələr arasında da Azərbaycanı təbliğ etməkdir. Bu tədbirlərin nəticəsi olaraq Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayı gündən günə artmaqdadır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz