Axtarış...

29 yaşlı futbolçu oyun zamanı öldü

29 yaşlı futbolçu oyun zamanı öldü

Yaşıl meydanlarda daha bir ölüm hadisəsi baş verib.

Matc.az xəbər verir ki, Burundi yığmasının yarımmüdafiəçisi Fati Papi stadionda vəfat edib.

Cənubi Afrikada çıxış edən 29 yaşlı futbolçu son oyun zamanı gözlənilmədən yerə sərilib və hərəkətsiz vəziyyətdə qalıb. Papi dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun infarktdan dünyasını dəyişdiyi açıqlanıb.

Qeyd edək ki, Fati Papi karyerası ərzində Avropada "Trabzonspor" və "Mastrixt" klublarının da formasını geyinib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz